BAKI, 30 aprel — Sputnik. Bu ilin aprel ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 15232,7 mln. manat təşkil edib.
Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici martın 1-i ilə müqayisədə 66,4 mln. manat azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 2518,3 mln. manat və ya 19,8% artıb.