CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virusdan da təhlükəli olanlar: Onlar hər yerdədirlər və hər gün də qorxuludurlar

© Sputnik / Murad OrujovНа одной из улиц в Баку, фото из архива
На одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belə məsuliyyətsiz insanların evdə oturmaq, özlərini sosial izolyasiya etmək, xüsusi karantin rejiminin tələblərinə riayət etmək kimi məsuliyyəti yaranıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Aprelin 5-dən müəyyən istisnalar olmaqla evdən çıxmağa qadağa qoyulsa da, bəzi vətəndaşlar bu qadağaya biganə yanaşır. Bu günə qədər on minlərlə insan karantin qaydasını pozduğuna görə cərimə edilib və ya həbs olunub. 

Горожане на одной из улиц в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir qadağanı xatırlatdılar - karantində də vacibdir
Gözləmək olardı ki, insanlar bu tədbirlərdən qorxaraq evdə oturacaq. Amma təəssüflə qeyd etmək lazımdır ki, cərimə olunmaq, yoluxma, ölənlərin olması belə, biganə vətəndaşı dayandırmır. Aprelin 27-dən – karantin rejiminin nisbətən yüngülləşməsindən sonra isə küçələrdə əsl qələbəlikdir.

Vətəndaş evdə qalmaq istəmir. Bu biganəliyə səbəb nədir?

Psixiatr Ramin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada koronavirusun yayılmasına səbəb elə biganəlik olub.

"İnsanlar virusu gözlə görə bilmədiklərinə görə ciddiyə almırlar. Hansısa insan evdə oturub virus ilə üzləşməyibsə, düşünür ki, bu virus yoxdur. Virus olmasaydı, dövlət insanların evdə oturmasını tələb etməzdi. Bu addım insanların sağlamlığı üçün atılıb. Amma təəssüf ki, elmsizlik, heç nəyə inanmamaq, vətəndaşlarımızın beyninə hakim olub", – deyə o bildirib.

R.Hacıyevin sözlərinə görə, insanlar fərqli olduğu üçün situasiyaya baxış da fərqli olur: "Skeptik insanlar olub və hələ də var, olacaq. Baxın, insanlar onkoloji xəstəlikləri ciddiyə almırlar. Bəzən görürsən ki, xəstədə daxili qanaxma olur, onu başa salmağa çalışırsan ki, səndə daxili qanaxma var. O isə deyir ki, eybi yox, yatacağam, keçəcək. Vəziyyətin ciddi olduğunu başa düşmək üçün həkim olmaq lazım deyil. Yetər ki, bu sahədə çalışan insana inanasan".

Onun sözlərinə görə, digər səbəb insanların bu günə qədər belə bir problemlə qarşılaşmamasıdır. Birdən-birə onu məcbur şəkildə karantin sistemində saxlayırlarsa, təbii ki, hər şeyi skeptik olaraq qəbul edir: "Bu, təkcə Azərbaycanda belə deyil, Fransada da, İspaniyada da belədir. Heç kim bunu görmür deyə, ölkələrdə belə geniş yayıldı. Çində xəstəliyin tez formada qarşısının alınmasına səbəb isə hamıya evdən çıxmağın qadağan edilməsi oldu. Amma ispanlar, italyanlar bunu ciddiyə almadılar və daha tez yoluxdular. Bu da skeptik düşüncənin nəticəsi idi".

Təhlükəsizlik məsələsi üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, indi əsas məqsəd koronavirusdan qorunmaq və daha az zərər ilə qurtulmaqdır. Məsələnin nə qədər ciddi olmasını ÜST-ın bu virusu pandemiya adlandırmasından, bir şəhərdə başlayıb, bütün dünyaya necə sürətlə yayılmasından və dünyanın ən inkişaf etmiş ölkələrinin səhiyyə sisteminin bunun qarşısında acız qalmasından anlamaq olar. 

Boş qalan cənnət məkan - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizmçilər karantindən sonraya hazırlaşır: yerli turistləri xaricə getməyə qoymayacaqlar
Təbii ki, qloballaşan dünyada bu pandemiya bizdən də yan keçməyib: "Ancaq pandemiyanın yayıldığı digər dövlətlərə baxsaq, bizdə vəziyyət çox yaxşıdır. Bu da hökumətin vaxtında atdığı düzgün qərarların nəticəsidir ki, bizdə bu virusun sürətlə yayılmasının qarşısı alınıb. Artıq sağalanların sayı yoluxanları keçib. Ancaq buna arxayınlaşmaq olmaz. Nəzərə almalıyıq ki, yoluxma hallarının azalması xüsusi karantin rejimin tətbiqi, görülən profilaktik tədbirlərin, kütləvi dezinfeksiya işlərinin, insanların sosial izolyasiya tədbirlərinə məcbur edilməsinin nəticəsində olub. Təəssüflər olsun ki, bəzi məsuliyyətsiz insanlar və bunu ciddiyə almayan şəxslər ölkədə tətbiq olunan xüsusi karantin rejimini heç bir ehtiyac olmadan pozur, buna cəhd göstərir, özlərinə və digərlərinə təhlükə yaradır. Axı demək olar ki, bütün televiziya və radio verilişlərində, xəbər saytlarında bununla bağlı kifayət qədər məlumatlandırıcı xəbərlər verilir, insanlar maarifləndirilir. Lakin bəzi məsuliyyətsiz insanlar bunu görməzdən gəlir, yenə də pandemiyanın nə qədər ciddi olduğunu anlamır".

Onun sözlərinə görə, belə insanlar bütün sahələrdə, vəzifələrdə işləyənlər arasında var.

"İndi siz təsəvvür edin ki, ölkədə pandemiya ilə bağlı xüsusi karantin rejimi tətbiq olunub, bu qədər maarifləndirmə aparılıb və bütün KİV-lərdə yayılan virusun ağır fəsadlarından danışılıb. Buna rəğmən insanlar vəziyyətə məsuliyyətsiz yanaşırlarsa, onlar çalışdıqları işdə də məsuliyyətsizdilər. Belə adamlar işlədikləri iş yerində də məsuliyyətsiz, nizam-intizamsızdır və kollektiv üçün nümunə deyil. Hər il iş yerlərində yüzlərlə qəzalar, istehsalat qəzaları, işçilərin məsuliyyətsizliyi üzündən baş verən bədbəxt hadisələrin, sürücünün məsuliyyətsizliyi nəticəsində baş verən avtoqəzaların şahidi oluruq. Belə məsuliyyətsiz insanların evdə oturmaq, özlərini sosial izolyasiya etmək, xüsusi karantin rejiminin tələblərinə riayət etmək kimi məsuliyyəti yaranıb. Görəsən bacaracaqlar?"

Xəbər lenti
0