Xəstəxanadan cənnətə qayıtdı: Bu basabasda ata da oldu

© REUTERS / Toby Melville Борис Джонсон и Кэрри Саймондс, фото из архива
Борис Джонсон и Кэрри Саймондс, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Conson və Saymonds bu ilin fevral ayının sonunda övladlarının olacağını bildiriblər. Həmin vaxt cütlük nişanlandıqlarını da bildirib.

BAKI, 29 aprel — Sputnik. Böyük Britaniyanın Baş Naziri Boris Conson və onun nişanlısı Kerri Saymondsun oğlu olub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Премьер-министр Великобритании Борис Джонсон, фото из архива - Sputnik Azərbaycan
Boris Conson evə buraxıldı – Virusa qalib gəldi

"London xəstəxanalarının birində, səhər saatlarında cütlüyün oğlu olub. O sağlamdır. Ana və uşaq özlərini yaxşı hiss edir", - deyə Baş Nazirin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, Conson və Saymonds bu ilin fevral ayının sonunda övladlarının olacağını bildiriblər. Həmin vaxt cütlük nişanlandıqlarını da bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson bir qədər əvvəl xəstəxananı tərk edərək evə buraxılıb. O, artıq işinin icrasına başlayıb.

Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.

Xəbər lenti
0