CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çinlilər Bakının bir hissəsini dəyişirlər – Yolüstü körpülər salınacaq

© Sputnik / Fuad HasanovBadamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb
Badamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə Səbail rayonu "20-ci sahə” ərazisində həyata keçiriləcək. Bu, şəhərsalma sferasında çox maraqlı layihə olacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Paytaxtın Səbail rayonu ərazisində Çin investrorları iri layihə həyata keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə məlumat verib.

O bildirib ki, layihə Səbail rayonu "20-ci sahə” ərazisində həyata keçiriləcək. E.Qasımzadənin sözlərinə görə, bu şəhərsalma sferasında çox maraqlı layihə olacaq: "20-ci sahə”də bu layihəyə yolun üst tərəfində yerləşən evlər düşəcək. Orada evlər çox səliqəsiz, sahmansız tikilib. Torpaq sürüşməsi baş verir. Çünki ərazidə kanalizasiya xətti yoxdur. Nəzərdə tutulur ki, o ərazidə yeni yaşayış massivi salınsın. Ticarət mərkəzləri, bağça, məktəb və sair infrastruktur salınsın. Çinli investorların istəyi ilə 800 hektar sahədə, sahil zonasına çıxış da olacaq. Orada yolun üstündən Bulvara çıxışı olan körpü salınması nəzərdə tutulur. Bu layihənin texniki-iqtisadi əsaslandırmasını mən etmişəm. Amma koronavirus pandemiyası ilə əlaqədar, sərhədlər bağlı olduğundan, hələki bu istiqamətdə iş dayanıb".

Xəbər lenti
0