Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Arşın mal alan" evinizə gələcək – VİDEO

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiАзербайджанский Государственный Музыкальный Театр
Азербайджанский Государственный Музыкальный Театр - Sputnik Azərbaycan
Abunə olmaq
Videorolikdə hər kəsin qərinələrdir ki, sevə - sevə baxdığı "Arşın mal alan" filminin  fraqmentlərindən də istifadə olunub.

BAKI, 29 aprel — Sputnik. Karantin günlərində öz fəaliyyətini səhnədən çox-çox uzaqlarda, məhdud çərçivələrdə – ev şəraitində davam etdirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti qarşıya çıxan çətinliklərə baxmayaraq, daha da əzmlə və yorulmadan çalışır, yeni-yeni layihələr üzərində işləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə teatrın orkestr heyətinin müşayiəti ilə qızlardan ibarət xor və balet kollektivinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” tamaşasından "Qızların xoru" geniş virtual auditoriya tərəfindən maraqla qarşılanıb.

Videorolikdə hər kəsin qərinələrdir ki, sevə - sevə baxdığı "Arşın mal alan" filminin  fraqmentlərindən də istifadə olunub.

Layihənin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayevadır. Diqqəti cəlb edən və yüksək peşəkarlıqdan xəbər verən montaj işi teatrın video-anons rejissoru Hikmət Şahverdizadəyə məxsusdur.

Xəbər lenti
0