Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Titanik"dən altı dəfə çox sərnişini məhv edilən gəminin sirri çözülür

© Photo : Center for Underwater Research of the Russian Geographical Society / Mediabanka keçidИсследование места гибели советского госпитального корабля "Армения", фото из архива
Исследование места гибели советского госпитального корабля Армения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Rusiya Coğrafiya Cəmiyyətinin axtarış vasitələri öz işlərini davam etdirəcəklər, çünki İkinci Dünya Müharibəsinin bütün sirləri hələ açılmayıb.

BAKI, 29 aprel — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. 1941-ci ilin payızında Krım sahilləri yaxınlığında "Armeniya" hospital gəmisinin alman aviasiyası tərəfindən məhv edilməsi müddətsiz hərbi cinayətdir. İkinci Dünya müharibəsində Sovet İttifaqının nəyin bahasına və necə bir düşmənə qalib gəldiyi göz önündədir.

Praktiki olaraq silahsız teploxodun göyərtəsində on minə qədər adam var idi – “qızıl ordu”nun yaralı əsgərləri, tibbi heyət, qadın və uşaqlar. Onlardan yalnız səkkiz nəfər xilas oldu.

Rusiya Coğrafiya Cəmiyyəti aprelin 27-də belə bir məlumat yayıb: "Qara dənizin dibində "Armeniya" teploxodu tapılıb. Gəmi Yalta sahilindən 15 dəniz mili (təxminən 28 km) uzaqlıqda, 1500 metr dərinlikdədir. Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Rusiya Coğrafi Cəmiyyətinin birgə ekspedisiyasının nəticəsini qiymətləndirmək çətindir.

Müntəzəm axtarışlar 35 ildən çox davam etdirilib. 1940-cı illərin sonlarında Mərkəzi Hərbi Dəniz arxivindəki "Armeniya" faciəsi ilə bağlı 19№-li iş gizli saxlanılıb və tədqiqatçılar üçün əlçatmaz olub. Yeganə coğrafi əlaqə – Medved-qorı rayonunun Qurzuf qəsəbəsində hava hücumu haqqında məlumat - 1991–ci ildə Qara Dəniz Donanmasının Tibb Xidmət Muzeyində tapılıb. Ancaq bu sahədəki dəniz dibinin nəhəng dərinliyi və qəliz relyefi axtarışı əhəmiyyətli dərəcədə çətinləşdirib. Batmış "Titanik" və "Bismark" gəmilərini tapmış məşhur amerikalı Robert Ballard belə yüksək texnologiyalı avadanlığı ilə "Armeniya"nı tapa bilməyib. Əlbəttə, axtarışların uzun illər davam etdirilməsi teploxodda Krım muzeyinin qiymətli xəzinəsinin olması ilə deyil, yaddaş və borcla izah edilir.

Sanitar nəqliyyatın məhv edilməsi tarixin ən böyük dəniz faciələrindən biri hesab olunur. Müqayisə üçün qeyd edək ki, "Titanik"də 1500-ə yaxın sərnişin, Almaniyanın "Bismark" gəmisində isə 2100-dən artıq hərbi dənizçi həlak olub. "Armeniya"dakı insan itkisi (7 mindən 10 minə qədər adamın həlak olduğu ehtimal edilir, dəqiq rəqəm müəyyənləşdirilməyib) bu rəqəmləri dəfələrlə üstələyir. Vəziyyətin şərtlərini nəzərə alaraq, sanitar teploxodundakı faciə ilə bağlı kitablar yazılmalı, filmlər çəkilməlidir, bütün bəşəriyyət bundan xəbər tutmalıdır. Ona görə ki, dünya İkinci Dünya Müharibəsinin dəhşətlərini və qurbanlarını, Faşist Almaniyası üzərində qələbədə Sovetlər İttifaqının rolunu unutmasın.

Heç kəs unudulmayıb

Uyğunlaşdırılmamış sualtı aparatla idarə olunan "Armeniya" sanitar gəmisinin korpusunun identifikasiyasından sonra Novorossiysk hərbi-dəniz bazasının keşişi protoierey Kirill quru üzərində ekipajın və sərnişinlərin həlak olduğu barədə moizə oxudu. Hərbi fərqlənməyə görə tərifnamələr də verildi, suya çələng buraxıldı, tüfəngdən üç yaylım atəşi açıldı.

"İnsana dənizdə qorxuludur, lakin o, dənizdən öncə gəlir, Rəbbin özü kimi" – bu fikir Rusiya Hərbi Dəniz Donanmasının Gəmi nizamnaməsindən daha əvvəl qəbul edilmiş qədim dəniz nizamnaməsindəndir. Dəniz proqnozlaşdırılmayan və təhlükəli ünsürdür, dənizdə müharibə isə ikiqat qəddardır. Əgər gəmi soyuq bir dövrdə sahildən uzaqda fəlakətə uğrasa, onun içindəki insanlar buzlu suda demək olar ki, ölümə məhkumdurlar.

1941-ci ilin sentyabr ayının sonunda alman qoşunları Perekopu işğal etdilər və Krıma daxil oldular. Qızıl Ordu döyüşlərlə Qara dəniz donanmasının əsas bazası olan Sevastopola geri çəkildi. Noyabrın əvvəlində artilleriya atəşləri və şəhərin mühasirəsi başladı, lakin hələ də yaralıları, qadınları və uşaqları dənizlə evakuasiya etmək mümkün idi. Təcrübəli kapitan Vladimir Plauşevskinin komandanlığı altında "Armeniya" teploxodunun ekipajı da bununla məşğul olub. Sülh dövründə uzunluğu 112 metr, su tutumu 6000 ton olan gəmi 980 nəfərədək sərnişini rahat kabinələrdə daşıyırdı. 1941-ci ilin yayında "Armeniya" hospitala çevrildi və avqust ayından etibarən 15 reysə Krımdan Böyük torpaqlara “Qızıl ordu”nun 15 min yaralı döyüşçüsünü daşıdı. Müharibə illərində Qara dənizdəki bu cür yenidən təchiz edilmiş gəmilər 412 mindən artıq insanı evakuasiya edib (xilas edib).

Sanitar gəmisi noyabrın 6-da 300-ə yaxın yaralını Sevastopoldan Tuapse şəhərinə daşımaq üçün dörd hərbi hospitalın tibbi heyəti və bir neçə min dinc sakinlə yola düşüb. "Armeniya" gecə Yaltada daha bir neçə yüz adamı göyərtəsinə götürüb. Noyabrın 7-də səhər iki gözətçi gəminin müşayiəti ilə Qafqaza istiqamət götürüb. Krım sahilindən 15 mil məsafədə, Luftvaffe Heinkel-111 (digər məlumatlara görə – Junkers 87) təyyarələri gəmiyə hücum edib.  Qara Dəniz Donanmasının gözətçi gəmiləri və nəqliyyatın göyərtəsindəki dörd zenit silahı bomba və torpedaların qarşısını ala bilməyib. Dağıntılar çox böyük idi, "Armeniya” dörd dəqiqəyə suyun altında qaldı. Noyabr ayının quduz dalğaları qarşısında bir neçə min adamdan yalnız səkkiz nəfər möcüzə nəticəsində sağ qaldı.

İkinci Dünya Müharibəsi illərində beynəlxalq hüquq və Beynəlxalq Qırmızı Xaç Komitəsi hospitalların, eləcə də hospitala çevrilmiş gəmilərin atəşə tutulmasını qadağan etmişdi, lakin alman pilotları bu normalara məhəl qoymurdular. Hitlerin qoşunları Qızıl Ordu və dinc sakinləri məhv etmək üçün müharibə edirdi. Rusiyada bunu unutmayıblar və ölkənin Qara dəniz sərhədlərinin müdafiəsinin daim möhkəmləndirilməsi – nəinki müasir çağırışlara və milli təhlükəsizliyə qarşı təhdidlərə operativ cavabdır, həm də tarixi yaddaşın proyeksiyasıdır.

"Armeniya" xəritələrdə qalacaq

1928-ci ildə "Armeniya" Baltik zavodunda suya endirildikdən sonra Qara dənizin altı ən yaxşı sərnişin gəmisinin sırasına daxil oldu. Saatda 14,5 dəiz mili (27 km/saat) sürəti olan gözəl və etibarlı teploxod uzaq səfərlər (4600 mil) üçün nəzərdə tutulmuşdu. O, kifayət qədər böyük ekipaja malik idi – 96 nəfər. Dənizçilər yaxşı bilirlər ki, hər bir gəminin öz xüsusiyyətləri - olduqca möhkəm və sarsılmaz "dizayn elementləri" var. Bəlkə də elə buna görədir ki, "Armeniya"nın göyərtəsi bu gün, batmasından 79 il sonra da dənizin nəhəng dərinliyində taraz vəziyyətdə (https://youtu.be/3kLzz3OV7dg?t=56) qalıb. Gəminin bəzi yerləri dəhşətli aviazərbələrin izlərini saxlasa da, sürahiləri və digər şaquli elementləri partlayış nəticəsində sadəcə xaricə doğru bükülmüş vəziyyətdədir.

Hekayə bununla bitmir. “Armeniya” gəmisinin aşkar edilmiş korpusu hərbi dəfn yeri elan ediləcək, koordinatları 44 dərəcə 15 dəqiqə şimal enində, 34 dərəcə 17 dəqiqə şərq uzunluğunda dəniz xəritələrində qeyd olunacaq. Bundan sonra, bu ərazidən keçən bütün gəmilər və Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri bayraqları endirəcək, vətənin müdafiəçilərinə hərbi salam verəcəklər.

2020-ci il ekspedisiyasının nəticələri "Armeniya"nın son gününü ətraflı şəkildə bərpa etməyə imkan verəcək. Rusiya Coğrafiya Cəmiyyətinin Sualtı Tədqiqatlar Mərkəzi artıq gəminin taleyi ilə bağlı sənədli film hazırlayır.

Bir kilometr yarım dərinlik “Armeniya”nın göyərtəsində olan, xəzinə və yaxud da sensasiya axtaranların kriminal qəsdləri nəticəsində həyatını itirən bir neçə min insanın ruhunun rahatlıq tapmasına kömək edəcək. Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Rusiya Coğrafiya Cəmiyyətinin axtarış vasitələri öz işlərini davam etdirəcəklər, çünki İkinci Dünya Müharibəsinin bütün sirləri hələ açılmayıb.

Xəbər lenti
0