CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Test: Rəqs edir hər kəs

© AFP 2024 / JEAN-CHRISTOPHE VERHAEGENЛюди танцуют, фото из архива
Люди танцуют, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qobustan qayalarındakı rəsmlər də sübut edir ki, azərbaycanlıların rəqslə arası sazdır. Bəs Sputnik Azərbaycan-ın rəqslə bağlı testindən kim yaxşı keçəcək?

İnsanlar rəqs etməyi, bəlkə də, danışmaqdan öncə öyrəniblər. Emosiyaları, sevinci, kədəri izhar etmək üçün əla vasitələrdən ən asanıdır. Kimisi xəlvətdə əl-qol atıb, ayaq oynadır, kimisi də incə sənət yaratdığını düşünüb başqalarının da onu izləməsini, estetik zövq almasını istəyir.

Sonuncuların sayəsində bu gün Ümumdunya Rəqs Günü qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası (CID, International Dance Council) tərəfindən irəli sürülüb. Aprelin 29-nun seçilməsi də təsadüfi deyil: həmin gün fransız baletmeyster, balet nəzəriyyəçisi və reformatoru, “müasir baletin atası” adlandırılan Jan Jorj Noverr anadan olub.

Hətta “bacarmıram” deyən adam da sümüyünə düşən hava olanda ən azından əzalarını tərpədir. Qobustan qayalarındakı rəsmlər də sübut edir ki, azərbaycanlıların rəqslə arası sazdır. Ona görə də Sputnik Azərbaycan sizin üçün rəqslə bağlı test tərtib edib. Görək nəzəriyyəni yaxşı bilirsiniz, yoxsa təcrübəni?

 

Xəbər lenti
0