Qonşu ölkədə bütün şagirdlər yuxarı sinfə keçirildi – İmtahansız

© AP Photo / Lefteris PitarakisШкольник в Турции, фото из архива
Школьник в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Respublikasında koronavirus pandemiyası ilə bağlı məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb.

 

BAKI, 29 aprel — Sputnik. Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Təhsil naziri Ziya Səlcuk bildirib.

"Koronavirus pandemiyası ilə bağlı məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb. Şagirdlərin hamısı növbəti sinfə keçiriləcək", - deyə Təhsil naziri bildirib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2992 nəfərə, bu virusa yoluxanların sayı isə 114653-ə çatıb.

Xəbər lenti
0