CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metronun fəaliyyəti bərpa olunarsa, sərnişinlərə bəzi xəbərdarlıqlar olunacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПоезд в тоннеле, фото из архива
Поезд в тоннеле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qeyd edim ki, karantinin davam etdiyi şəraitdə metronun fəaliyyəti bərpa olunarsa, "Bakı Metropoliteni" QSC qanunvericilik və digər hüquqi-normativ aktlarla

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Azərbaycanda karantin şəraiti mayın 4-dək uzadılıb. Artıq aprelin 27-dən etibarən bölkədə bəzi sektorların fəaliyyəti bərpa olunub. Hələlik ki, "Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunması haqda qərar yoxdur.

Bəs, belə bir qərar olarsa, metro fəaliyyətini necə davam etdirəcək?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a cavab olaraq bildirilib ki, belə olan halda  sərnişinlərə sosial məsafə saxlamaqla bağlı mütəmadi xəbərdarlıq olunacaq: "Karantin davam etdiyi dövrdə metronun bərpa olunarsa, sərnişinlərə müraciətlər, maarifləndirmə və tövsiyə xarakterli bir sıra tədbirlər davam etdiriləcək. Çünki digər yerlərdə olduğu kimi metroda da sosial məsafənin qorunması vacibdir".

"Qeyd edim ki, karantinin davam etdiyi şəraitdə metronun fəaliyyəti bərpa olunarsa, "Bakı Metropoliteni" QSC qanunvericilik və digər hüquqi-normativ aktlarla, müəyyən edilmiş, habelə metropolitendən istifadə qaydalarına dair Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara müvafiq addımlar ata bilər", - deyə B.Məmmədov əlavə edib.

Qeyd edək ki, metronun fəaliyyəti dayandırılanadək bu istiqamətdə "Bakı Metropoliteni" QSC tərəfindən sərnişindaımada təhlükəsizliyi qorumaq məqsədi ilə sərnişinlərə müxtəlif tövsiyələr olunub.

Xəbər lenti
0