CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağacların dibini betonlayan şirkət cəzalanıb

© AFP 2024 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı akt tərtib olunub və "Sabah Residens" MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

BAKI, 29 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens" MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

"Faktla bağlı akt tərtib olunub və "Sabah Residens" MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib".

Xəbər lenti
0