CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim tədrisə daha tez başlayacaq - yuxarı siniflər, yoxsa ibtidailər?

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidПустой школьный класс, фото из архива
Пустой школьный класс, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"9 və 11-ci siniflərdə ilk olaraq tədrisin bərpası onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir"

BAKI, 28 aprel — Sputnik. Tədrisin nə zaman başlayacağı ilə bağlı qərar veriləndə məlumat açıqlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Elnur Məmmədov müsahibəsində deyib.

O qeyd edib ki, karantin rejiminin yumşaldılması zamanı ilklər sırasında insanların kütləvi toplaşdığı yerlərin açılması, o cümlədən tədrisin bərpası ola bilməz.

Onun sözlərinə görə, ali təhsil müəssisələri, kolleclər və məktəblərin nə zaman işə başlayacağı məlum deyil:

"Burada əsas məsələ qərarı verən zaman sonradan peşmançılığın yaşanmamasıdır. Mart ayından başlayaraq tədrisin bərpa olunması ilə bağlı təxribat xarakterli məlumatlar paylaşılır. Biz buna ciddi yanaşırıq. Rəsmi məlumatlara istinad edin".

Nazir müşaviri ilk olaraq 9 və 11-ci siniflərdə tədrisinin başlanması barədə məlumatlara da aydınlıq gətirib. Əlavə edib ki, bəzi ölkələrdə ilk olaraq ibtidai sinifləri açırlar, bu da o yaşda yoluxmanın az olması ilə əlaqədardır.

"9 və 11-ci siniflərdə ilk olaraq tədrisin bərpası onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir. Bizdə də bu təcrübə nəzərə alınaraq qərar verilə bilər. Lakin ən əsası - sağlamlığı prioritet olaraq təmin edə bilməkdir", - nazirin müşaviri bildirib.

Xəbər lenti
0