Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğrular karantin vaxtı indi də ona dadandılar: 5 gün arayla eyni cinayət

© Sputnik / Murad OrujovМотокурьер на одной из улиц в Баку
Мотокурьер на одной из улиц в Баку - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Qorxmaz Eyvazov, Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar

BAKI, 28 aprel — Sputnik.  Aprel ayının 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin onlayn sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus "Twister" və "Jonway" markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Naziriyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.

Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Twister" markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qorxmaz Eyvazov, "Jonway" markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала