Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəs bu 75 milyonun cavabını kim verəcək?

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
"Büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir"

BAKI, 28 aprel — Sputnik. 2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsassız kreditor borcun ləğv edilməsi təmin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində səsləndirdiyi hesabatda bildirib.

O qeyd edib ki, büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir: "Hesabat ilində səmərəlilik auditi ilə yanaşı, son illərdə olduğu kimi, səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatlar da icmallaşdırılıb və bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirilib. Səmərəsiz istifadə dedikdə, ayrılan vəsaitin il ərzində istifadə edilməməsini, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalmasını, daha az xərclə oluna biləcək alış və xidmətlərin həyata keçirilməməsini, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilənin münasib şərtlərinin seçilməməsini, dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmaması və ya qismən nail olunmasına aid edilib".

Xəbər lenti
0