CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dubaydan Azərbaycana ən kritik durumda olanlar qayıdıblar, amma...

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidПассажирский самолет в небе над Москвой, фото из архива
Пассажирский самолет в небе над Москвой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər birinin temperaturu yoxlanılıb, COVID-19 xəstəliyinə görə yaxma götürülüb. Hazırda onlar arasında səhhətində narahatlıq hiss edəni yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Bu gün Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə qayıtmaq üçün qeydiyyata düşmüş 317 nəfər Azərbaycan vətəndaşından vəziyyəti ən kritik olan 149 nəfəri BƏƏ-nin "Flydubai" kommersiya aviaşirkətinin təyyarəsi ilə aprelin 28-də Bakıya yola salındığı barədə məlumat yayılıb.

Həmin şəxslərin koronavirus təhlükəsi ilə əlaqədar səhhətlərinə problem olduğu üçün Vətənə gətirildikləri barədə "Facebook" sosial şəbəkəsində fikirlər yer alıb. Hətta bu şəxslərin ölkəmizə geri dönməsindən sonra COVID-19 xəstələrinin sayının artacağına dair məlumatlar da qeyd edilir. Sputnik Azərbaycan yayılmış məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BƏƏ-dən geri dönən Azərbaycan vətəndaşlarının vəziyyətlərinin kritik olması barədə məlumat onların səhhəti ilə bağlı deyil: "Bu onların sosial vəziyyəti ilə bağlı məsələdir. Yəni BƏƏ-dən Azərbaycana geri dönmək üçün qeydiyyata düşmüş 317 vətəndaşımızdan içərilərində sosial vəziyyətinə görə ən kritik durumda olan 149 nəfər seçilərək ölkəmizə gətirilib. Həmin şəxslərin heç birinin sağlamlığında kritik durum qeydə alınmayıb. Digər ölkələrdən gələn vətəndaşlarımız kimi onlar da karantində qalmaq üçün otelə yerləşdiriliblər. Hər birinin temperaturu yoxlanılıb, COVID-19 xəstəliyinə görə yaxma götürülüb. Hazırda onlar arasında səhhətində narahatlıq hiss edəni yoxdur. Testlərin cavabı məlum olduqdan sonra vəziyyətə uyğun olaraq, karantin başa çatdıqdan sonra evlərinə gedə biləcəklər".

© Consulate General of Azerbaijan in Dubai
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar - Sputnik Azərbaycan
1/3
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar
© Photo : Consulate General of Azerbaijan in Dubai
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar - Sputnik Azərbaycan
2/3
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar
© Photo : Consulate General of Azerbaijan in Dubai
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar - Sputnik Azərbaycan
3/3
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar
1/3
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar
2/3
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar
3/3
Dubaydan Azərbaycana gətirilən vətəndaşlar

Qeyd edək ki, bu gün ölkəmizə BƏƏ-dən gətirilənlərdən 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkəyə yola salınmış vətəndaşlarımızdan ən ciddi ehtiyacı olan 75 nəfəri bundan əvvəl martın 22-dən etibarən Prezident İlham Əliyevin xüsusi tapşırığı və Dubaydakı Baş Konsulluğumuzun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın "Hampton by Hilton" otelində yerləşdirilib və onlar gündə iki dəfə yeməklə təmin olunublar. Dubay Beynəlxalq Hava Limanından Azərbaycana yola düşən vətəndaşlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin vaxtlarda onlara göstərdikləri diqqət və qayğıya, həmçinin Vətənə qayıtmalarına yaratdıqları imkana görə dərin minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, Azərbaycanın Dubaydakı Baş Konsulluğu Vətənə yola düşən vətəndaşlarımızın sayının çox olmasını nəzərə alaraq, Dubay Beynəlxalq Hava Limanında onların qeydiyyat prosesinin sürətləndirilməsi və maneəsiz keçmələri üçün yerli qurumlarla sıx əməkdaşlıq edib. Həmçinin BƏƏ-nin müvafiq dövlət orqanları vətəndaşlarımızın təxliyəsi prosesində səfirliyə və Dubaydakı Baş Konsulluğumuza hərtərəfli yardım edib. Vətəndaşlarımız təyyarəyə minməzdən əvvəl hava limanında xüsusi olaraq COVID-19 testindən keçiblər.

Xəbər lenti
0