CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə "şeytan ovu" - hamını 10 manatın cəriməsinə salan axtarılır

© Sputnik / Ilham MustafayevАвтомобил патрульной службы, фото из архива
Автомобил патрульной службы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fırıldaqçıların ucbatından bəzi marketlərdəki ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb

BAKI, 28 aprel — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi sosial şəbəkə istifadəçilərindən Daxili İşlər Nazirliyinə şikayət edib.

Bu barədə "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qurumun DİN-ə göndərdiyi telefonoqramda yazılıb: “Qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyi haqqında yalan məlumatlar yayılmışdır. “Youtube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “Instagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib. Buna görə də ölkə üzrə fəaliyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və s. ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb".

"Bildirmək istərdik ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də Birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”, - deyə telefonoqramda qeyd olunub.

 

 

 

 

 

Xəbər lenti
0