Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Təcridin Bakı variantı: küçədə Misir tanrısı, romalı döyüşçü və çılğın rəqs - VİDEO

© Photo : Courtesy of Egor AnisimovЕгорь Анисимов
Егорь Анисимов - Sputnik Azərbaycan
Abunə olmaq
Yeqor Anisimov məşhur rusiyalı aktyorun klipinin özünəməxsus versiyasını təqdim edib. Burada Azərbaycandan olan sosial şəbəkə istifadəçiləri də iştirak ediblər.

BAKI, 28 aprel - Sputnik, Kəmalə Əliyeva. Rəqqas Yeqor Anisimov sosial şəbəkədə rus aktyor və aparıcı Aleksandr Qudkovun "Özünütəcrid" mahnısına çəkdirdiyi klipi təqdim edib. Klipdə bir sıra məşhur azərbaycanlılar da rol alıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, yumoristik “Özünütəcrid” mahnısı və onun “Aleksandr Qudkovun musiqi studiyası” tərəfindən hazırlanan klipi ilk dəfə “Veçerniy Urqant” verilişində təqdim edilib.

Klip YouTube-da dörd milyondan çox baxış toplayıb. Orada Rusiya şou-biznesinin ulduzları oynayıblar və özünütəcrid rejimində günlərini necə keçirdiklərini göstəriblər.

Anisimov isə bu kompozisiyanı özünəməxsus şəkildə ekranlaşdırmağı qərara alıb. O, facebook sosial şəbəkəsindəki azərbaycanlı dostlarına kiçik çarxların çəkilməsi və ona göndərilməsi xahişi ilə müraciət edib. Klipin məqsədi azərbaycanlılarda özünütəcrid prosesinin necə keçdiyini göstərmək olub.

Nəticədə, sosial şəbəkə istifadəçilərinin heyranlığına səbəb olan və çox sayda baxış toplayan olduqca pozitiv bir video meydana çıxıb.

Yeqor Anisimov 25 ildir rəqs, 10 ildir müəllimlik fəaliyyəti ilə məşğul olur. O, "The Legend dance studio" rəqs studiyasının sahibidir. Onun şagirdləri müasir rəqslər üzrə Azərbaycan və Gürcüstan çempionlarıdır. 

Aleksandr Qudkovun klipinin orijinal versiyasını da sizin diqqətinizə təqdim edirik.

Xəbər lenti
0