Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistləri sevgiyə icazə istədilər

© Sputnik / Murad OrujovКонцерт Айгюн Кязымовой в честь 30-летия творческой деятельности
Концерт Айгюн Кязымовой в честь 30-летия творческой деятельности - Sputnik Azərbaycan
Abunə olmaq
Populyar müğənnilər Aygün Kazımova və Miri Yusif üçüncü dueti təqdim etdilər və əmindilər ki, onların bu dueti də əvvəlkilər kimi hitə çevriləcək.

BAKI, 27 aprel – Sputnik. Azərbaycanın Xalq artistləri Aygün Kazımova və Miri Yusif “İcazəli sevgi” adlı yeni dueti təqdim ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu, ifaçıların üçüncü duetidir. Buna qədər onlar “Petrol” və “Bağışla” mahnılarını ifa ediblər.

Yeni duet kompozisiyasının mahnısının müəllifi Fərid Ağadır. O, Kamal KQB ilə birgə mahnının sözlərini də yazıb. Layihə müğənnilərin uzun illərdir əməkdaşlıq etdikləri SS production şirkətinə məxsusdur. Kazımova və Yusif əmindilər ki, onların bu dueti də əvvəlkilər kimi hitə çevriləcək.

Aygün Kazımova - Azərbaycan pop musiqisinin ən tanınmış müğənnilərindəndir. Onun karyerası "Bakı payızı-88" musiqi festivalında qələbədən sonra başlayıb. Sonra Yurmaladakı və "Asiya Dausı" müsabiqələrində iştirak edib. 1996-cı ildə İstanbulda beynəlxalq müsabiqənin laureatı olub. Müğənni həm Azərbaycanda, həm xaricdə konsertlər verib.
Miri Yusif Azərbaycan musiqisinin tarixində ən populyar qruplardan biri - "Dəyirman"ın keçmiş solistidir. Uzun müddət Amerikada yaşayıb, Bakıya qayıdan kimi solo-karyeraya başlayıb və kifayət qədər uğur qazanıb.

Xəbər lenti
0