CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazə var, resurs yox: onlar iflasın kandarındadırlar

© AP Photo / Matt RourkeСтроитель, фото из архива
Строитель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çoxmənzilli binalar əvvəlcədən təyin olunmuş zamanda sahiblərinə təhvil verilməlidir. Bununla yanaşı, bu tip layihələri icra edən şirkətlər əlavə olaraq, sökdükləri mənzillərin sahiblərinə aylıq kirayə pulu da verməlidir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Koronavirus pandemiyası bütün sahələrlə bərabər, tikinti sferasına da öz mənfi təsirlərini göstərməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində tikinti şirkətlərinin fəaliyyətinə icazə versə də, bəzi şirkətlər işləri dayandırıb.

Входная дверь в одной из квартир жилого дома, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bir sənədin "gərəksizliyi" minlərlə ailəni evsiz qoya bilər: yenə kredit məsələsi

Bildiyiniz kimi, Nazirlər Kabinetinin 86 saylı qərarından sonra paytaxtın bəzi rayonlarında istismar müddəti bitmiş əksər binalar söküldü, sakinləri isə kirayə mənzillərə köçürüldülər.

Hazırda xüsusi karantin rejiminin yaratdığı şəraitlə əlaqədar olaraq bəzi şirkətlərdə işlər dayandırılıb. Onları belə vəziyyətdə nə gözləyir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çoxmənzilli binaların inşası əksər yerlərdə dayanıb, bəzilərində isə çox ləng surətdə aparılır.

"Binaların böyük əksəriyyətini pilot layihələri inşa edən şirkətlər tikir. Yəni istismar müddətini başa vurmuş binalar söküldüyü üçün yeniləri ilə əvəz edilir", - deyən ekspert vurğulayıb ki, pilot layihəni inşa edən şirkətlərin həm dövlət orqanları, həm də mənzil sahibləri qarşısında götürdükləri öhdəliklər var.

Belə ki, çoxmənzilli binalar əvvəlcədən təyin olunmuş zamanda sahiblərinə təhvil verilməlidir. Bununla yanaşı, bu tip layihələri icra edən şirkətlər əlavə olaraq, sökdükləri mənzillərin sahiblərinə aylıq kirayə pulu da verməlidir.

Mütəxəssis qeyd edir ki, gecikən hər gün tikinti şirkətinə külli miqdarda maddi zərər hesabına başa gəlir: "Tikinti işlərinin aparılmasına dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

Очередь в банке, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yük də olsa, çıxış yolu budur: Azərbaycanda üç ay kredit tətili elan edilsə…
 Lakin tikintidə işləyən işçi qrupunun böyük əksəriyyətinin bölgələrdə yaşaması və şəhərə giriş-çıxış qadağasının olması, bir çox tikinti məhsullarını istehsal edən müəssisələrin qapalı olması, həmçinin əmlak bazarında ciddi alıcı qıtlığının olması səbəbindən bir çox şirkətlər öz tikintilərini davam etdirə bilmir. Bu baxımdan bu cür dayanmaların uzanması tikinti şirkətlərinin iflası və işlərinin birdəfəlik dayanması ilə nəticələnə bilər".

Onun sözlərinə görə, prosesin davam etdirilməsi və əmlak bazarında alıcı bolluğunun yaranması üçün ciddi dövlət dəstəyinə ehtiyac duyulur.

Ekspertin fikrincə, yeni tikili binalardakı mənzillərin satışı üçün uzunmüddətli və sadələşmiş kreditlərin ayrılması əmlak bazarında ciddi canlanma yarada bilər.

"Bu gün tikinti şirkətlərinin daha bir problemi də yaranıb. Tikinti şirkəti tərəfindən daxili kreditlə satılan əksər mənzillərin sahibləri kreditlərin ödənməsində ciddi problemlər yaşayırlar. Bu cür məsələlər də tikinti şirkətlərini ciddi maliyyə böhranı ilə üz-üzə qoyur", - deyə o vurğulayıb.

Xəbər lenti
0