CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsgərliyə getməli olan tələbələrə güzəşt edilə bilər – Təhsil naziri

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Son kursda oxuyan oğlan tələbələr istehsal təcrübələrini başa çatdıra bilməyiblər. Ona görə də həmin müddətlə bağlı oğlan tələbələrə güzəştlər tətbiq edilə bilər"

BAKI, 27 aprel — Sputnik. "Sonuncu kursda oxuyan oğlan tələbələr təhsillərini başa çatdıra bilməsələr, onlara imkan yaradılması ilə bağlı hökumət qarşısında məsələ qaldıracağıq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib

"Son kursda oxuyan oğlan tələbələr  istehsal təcrübəsində idilər. Amma bəziləri istehsal təcrübələrini başa çatdıra bilməyiblər. Ona görə də həmin müddətlə bağlı oğlan tələbələrə güzəştlər tətbiq edilə bilər. Bildiyiniz kimi növbəti çağırışın iyul ayında olması planlaşdırılır. Son kursda olan oğlan tələbələrin əvvəlki 3 illik göstəriciləri nəzərə alınamaqla, güzəştlər tətbiq edilməsi nəzərdə tutula bilər. Bəzi oğlan tələbələr təhsilini müəyyən səbəblərdən bitirə bilmədiyindən bununla bağlı da hökumət qarşısında məsələ qaldırıla bilər" – deyə nazir vurğulayıb.

Xəbər lenti
0