ABŞ sahillərində anomal vəziyyət: "Dispetçerlər və hərbçilər vəziyyəti izləyirlər"

© REUTERS / U.S. Coast Guard / Petty Officer Third Class Aidan Cooney / HandoutНефтяные танкеры возле Лонг-Бич, штат Калифорния, США
Нефтяные танкеры возле Лонг-Бич, штат Калифорния, США - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən həftədən etibarən akvatoriyaya yeni gəmilər gəlir. Aprelin 23-nə olan məlumata görə, Lonq-Biç limanında 27 tanker lövbər salıb.

BAKI, 27 aprel — Sputnik. Artıq bir neçə gündür ki, onlarla neft tankeri Kaliforniya sahillərində yan alıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Amerikanın Sahil Mühafizə Xidməti bildirib.

Ötən həftədən etibarən akvatoriyaya yeni gəmilər gəlir. Aprelin 23-nə olan məlumata görə, Lonq-Biç limanında 27 tanker lövbər salıb. Məlumatda qeyd edilir ki, liman dispetçerləri və hərbçilər bu "unikal" vəziyyəti izləyirlər və digər gəmilərin və ətraf mühitin təhlükəsizliyini təmin edirlər.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, neft bazarının həddindən artıq dolması səbəbindən qurudakı anbarlarda kifayət qədər yer yoxdur. Treyderlər xammalı saxlamaq üçün tankerləri icarəyə götürməlidirlər. Oxşar vəziyyət Malta və Cənubi Afrika sahillərində də müşahidə olunur.

Koronavirus pandemiyası fonunda tələbatın azalması səbəbindən dünya neft anbarları sürətlə dolur. Ötən həftə ABŞ Enerji Nazirliyi neft ehtiyatının 518,6 milyon barelə qədər artdığını bildirib.

 

Xəbər lenti
0