BAKI, 27 aprel — Sputnik. Bəşəriyyəti yeni, daha ciddi epidemiyalar gözləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu rusiyalı həkim Aleksandr Myasnikov "Solovyev LIVE" kanalının "Təşəkkür edirəm, doktor" proqramında deyib.
Mütəxəssis qeyd edib ki, koronavirus pandemiyası növbəti belə vəziyyətlərə hazır olmağa imkan verəcək.
"Başqa bir epidemiya olacaq, mütləq olacaq. Hamımızı ölüm faizi 30-35 olan ciddi bir epidemiya gözləyir", - Myasnikov deyib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın bütün regionlarına yayılıb. Dünyada koronavirusa indiyədək yoluxanların sayı 3 milyonu keçib, 207 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.