CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamil, Tolik, Ruhi, Fatimə, Rəqsanədən kövrək addım: Heç nəyə məhəl qoymadan yardıma davam

© Sputnik / Murad OrujovПродуктовая корзина с покупками
Продуктовая корзина с покупками - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin populyar şəxsləri koronavirus pandemiyası dövründə insanlara dəstək məqsədilə keçirilən xeyriyyə aksiyalarının videohesabatlarının əsl səbəbini açıqlayıblar.

BAKI, 27 aprel – Sputnik, Kəmalə Əliyeva. Koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə azərbaycanlı məşhurların ehtiyac içində yaşayan həmvətənlərimizə kömək məqsədilə çoxlu xeyriyyə işləri gördüyü üzə çıxıb.

Onlar vaxtaşırı sosial şəbəkələrdə xeyriyyə aksiyalarından hazırlanmış videohesabatları yayır, digər həmkarlarını da bu xeyirxah işə qoşulmağa çağırırlar. Kimsə onların davranışını təqdir edir, kimi də bunu özünüreklam adlandıraraq tənqid atəşinə tutur.

Sputnik Azərbaycan-ın müxbiri xeyriyyəçiliklə fəal məşğul olan azərbaycanlı məşhurlarla söhbət edərək onların əsl məqsədlərini ayırd etməyə çalışıb.

Tanınmış müğənni Gülay Zeynallının həyat yoldaşı, məşhur məşqçi Kamil Zeynallı karantin başlanandan ehtiyacı olanlara yardım üçün 100 min manatdan çox vəsait xərcləyib. O, əvvəllər də xeyriyyəçiliyi ilə məşhur idi. Lakin ilk dəfə olaraq bu cür irimiqyaslı aksiya keçirir və çox sayda ehtiyacı olanlara kömək edir.

"Ölkədə karantin elan edildikdən sonra mənə müxtəlif insanlardan çox sayda mesaj gəldi. Onlar məndən kömək istəyirdilər. Mən sadəcə onlara kömək etməyə bilməzdim. Köməyə ehtiyacı olanların sayı getdikcə artırdı. Ona görə də öz tanışlarıma, dostlarıma müraciət etmək qərarına gəldim ki, onlar da mənim aksiyama qoşulsunlar. Onların hər biri kömək etməyə hazır idi və bu insanlar sayəsində mən hələ də yardımları davam etdirirəm", - deyə K.Zeynallı bildirib.

Bu cür yardım aksiyalarının ictimailəşdirilməsinə gəlincə, Zeynallı deyib ki, burada məqsəd diqqəti onun şəxsinə deyil, həqiqətən yardıma ehtiyacı olan insanlara cəlb etməkdir. Zeynallı əmindir ki, onun reklama ehtiyacı yoxdur və heç vaxt özünü xeyriyyəçilik hesabına reklam etməyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Kamil Zeynallı (@kamilzeynalli)

"Mənim videolarımı necə özünüreklam hesab etmək olar?! Mən hər şeyi xüsusi olaraq çəkib sosial şəbəkələrdə yayıram ki, daha çox insan həmvətənlərimizə kömək etmək istəsin. Mənə təkcə bizim imkanlı həmyerlilərimiz deyil, xaricdə yaşayanlar da kömək edirlər. Mən insanlara təkcə ərzaq məhsulları deyil, həm də məişət texnikası alıram. Mən evi olmayan bir çox yaşlı insanları ziyarət etdim, onlar küçədə yaşayırlar. Onlara yaşamaq üçün bir yer tapmaqda kömək etdim. Bu çətin dövrdə hər birimizin borcu öz xalqımıza dəstək verməkdir”, - Zeynallı bildirib.

Məşhur prodüser Tarix (Tolik) Əliyevin də praktiki olaraq, hər gün xeyriyyə aksiyaları keçirdiyini eşidirik. O, bu işdə ona kömək edən böyük bir komanda toplayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Tarix Əliyev (@aliyevtarix)

Dediyinə görə, Tolik hər səhər günə marketə baş çəkməklə başlayır. Burada ehtiyacı olanlara yardım üçün əvvəlcədən hazırlanmış ərzaq bağlamalarını götürür, sonra isə ünvanlara yollanır.

"Bir çox ehtiyacı olanları biz özümüz tapırıq, amma əksər hallarda insanlar özləri sosial şəbəkədə mənə mesaj yazırlar. Onların sayı o qədər çoxdur ki, biz hamıya kömək etməyə macal tapmırıq. Əvvəlcə onlara öz imkanlarım hesabına kömək edirdim, amma sonra bir çox ifaçılarımız, imkanlı adamlar mənə qoşulmağa başladılar", - deyə prodüser bildirib.

Tolikin sözlərinə görə, sosial şəbəkədə yayımlanan hər bir videoçarx pulu olanlar üçün çağırışdır. Lakin onlar öz həmyerlilərinə kömək etmək istəmirlər. Əliyev əmindir ki, xeyriyyəçiliklə məşğul olduqlarını, lakin bunu reklam etmədiklərini iddia edən məşhurlar əslində yalan danışırlar.

Biznes-ledi, keçmiş müğənni Ruhi Əliyeva da ehtiyacı olanlara kömək etmək qərarına gəlib. Özünün dediyinə görə, artıq 250-dən çox ailəyə kömək edib.

"Bakıda onsuz da bir çox xeyriyyə aksiyaları keçirilir, ona görə də mən Tovuzda yaşayan insanlara kömək etmək qərarına gəldim. Oraya getdiyimdə heç bir çox insanın məni gözlədiyini gözləmirdim. Onları sevindirə bildiyim üçün çox şadam", - Əliyeva deyib.

Tənqid edənlərə isə Əliyeva boş-boş laqqırtı vurmaqdansa, ehtiyacı olanlara kömək etməyi məsləhət görüb ki, onlar karantinin sonuna qədər davam gətirə bilsinlər.

Kamil Zeynallının xeyriyyə aksiyasını əks etdirən videogörüntüləri rəqqasə Fatimə Fətəliyevanı da ehtiyacı olan ailələrə yardım etməyə ruhlandırıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Fatimə Fətəliyeva (@fatimafatali_official)

"Əgər çəkməsəm və bütün bunları insanlara göstərməsəm, hamı deyəcək ki, mən yalan danışıram. Buna görə də hər şeyi çəkməyə və sosial şəbəkədəki səhifəmdə paylaşmağa başladım. Mən insanların bu videolara baxmasını, bizə qoşulmasını və ya ən azı pulla kömək etməsini istəyirəm. Çünki biz təkbaşına bu qədər adama kömək edə bilmərik", - Fətəliyeva deyib.

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova isə orada yaşayan həmyerlilərinə və iki ölkə arasındakı sərhədin bağlanması səbəbindən vətənə qayıda bilməyənlərə kömək etmək qərarına gəlib. O, Moskvada 300-dən çox Azərbaycan ailəsinə kömək edib. İfaçı onları karantin qurtarana qədər öz himayəsinə götürüb. Bütün bunlarla yanaşı, müğənni Dağıstana gedərək orada Rusiyanın Azərbaycanla sərhədində qalan 250 həmyerlisinə də yardım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rəqsanə İsmayılova (@raksana_official)

"Mən ilk gündən mənə dəstək verən və pul ayıran həyat yoldaşıma minnətdaram. Onun köməyi olmadan heç bir şey edə bilməzdim. Bu çətin dövrdə hər birimiz öz həmvətənlərimizə kömək etməliyik. Bilirəm ki, reklamı tənqid edənlərin əksəriyyəti bir toydan 15 min manatdan çox pul qazanan həmkarlarımdır. Tənqidlə məşğul olmaq əvəzinə, qoy öz pullarından heç olmasa bir manat ehtiyacı olanlara xərcləsinlər", - İsmayılova deyib.

Sözügedən məşhurların hamısı birmənalı şəkildə deyiblər ki, tənqidlərə baxmayaraq, karantinin sonuna qədər xeyriyyəçiliklə məşğul olmağı davam etdirməyi planlaşdırırlar.

Xəbər lenti
0