Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Onun əl işlərinin bütün dünyadan müştərisi var, amma sənətini öyrənmək istəyən yoxdur

© Sputnik / Rahim MuradovKeramika sənətkarı
Keramika sənətkarı - Sputnik Azərbaycan
Abunə olmaq
Keramika ustası deyir ki, onun sənətində istetdad və yaradıcılıqla yanaşı, texnoloji tərəf də böyük rol oynayır. Avadanlıqlar olmadığından, şagirdlərində maraq yarada bilmir

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. "Lənkəran şəhərində doğulmuşam. Orta məktəbi oxuduğum illərdə Lənkəran Şəhər Rəssamlıq Məktəbində təhsil almışam. Sonra isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Ardınca İncəsənət İnstitutunun Keramika Fakültəsində oxuyandan sonra magistr səviyyəsini bitirib sənətimə uyğun işləməyə başladım".

İncəsənət adamları ilə müsahibə həmişə maraqlı keçir. Çünki onların dünyaya baxışları da fərqli olur. Sputnik Azərbaycan-ın budəfəki müsahibi keramika sənətini yaşadan Tərlan Sadıqovdur.

- Bu sənət incəsənətin keramika sahəsidir və çox zəngin, eləcə də geniş bir profildir. Yəni, bu sahə suvenir xarakterli məişət formalı əşyaların düzəldilməsindən tutmuş, hər hansı bir memarlıq abidəsinin interyerində bəzək düzəltmək qədər genişdir. Burada təkcə saxsı qablar getmir, həmçinin heykəltəraşlığa yaxın olan formalar – kaşılar var. Hansı ki, qədim memarlıq abidələrində də kaşılardan istifadə edilib. Düzdür, müasir formada kaşılar başqa forma ilə əvəz edilib. Kaşı forması sırf keramika ilə bağlıdır və saxsı məmulatların üzərinə şirə çəkiləndən sonra əldə edilən formadır.

© Sputnik / Rahim MuradovTərlan Sadıqovun əl işləri
Onun əl işlərinin bütün dünyadan müştərisi var, amma sənətini öyrənmək istəyən yoxdur - Sputnik Azərbaycan
Tərlan Sadıqovun əl işləri

- Nəyə görə məhz keramika işi sənətini seçmisiniz?

- Əslində, mən Əzim Əzimzadə adına məktəbi oxuyub bitirəndən sonra və İncəsənət İnstitutuna hazırlaşdığım illərdə təhsilimi rəngkarlıq üzrə davam etmək fikrim var idi. İnstitutda müəllimlərimdən biri mənə Keramika fakültəsini məsləhət gördü və məni oraya yönəltdi. Düzü, əvvəl razı deyildim. Çünki Ə.Əzimzadə adına məktəbi fərqlənmə ilə bitirmişdim və keramika sənəti ilə tanışlığım yox idi. Sonra isə evdəkilərin də məsləhəti ilə bu sənət üzrə təhsil aldım və bu gün həmin müəllimə çox sağ ol deyirəm. Çünki mən rəngkarlıqla yanaşı ikinci sənətimi də qazanmış oldum. Onu da əlavə edim ki, bu sənət heykəltəraşlığın ayrı profili kimidir. Yəni həm heykəltəraşlığı, həm də rəngkarlığı biri-birinə bağlayır. Çünki keramika işində şirli rəngləmə işi var ki, bişiriləndən sonra şirli rənglə boyanır. Sözsüz ki, rəngkarlığı və heykəltəraşlığı bilməklə maraqlı və uğurlu işlər meydana çıxarmaq olar.

- Tərlan müəllim gördüyünüz işlər arasında ən çox hansıları üstünlük təşkil edir? İşlərinizi sifariş əsasında hazırlayırsınız, yoxsa hazırlayıb satışa çıxarırsınız?

- Hazırda işlərim arasında interyerin bəzədilməsi və ya divarda asılmaq üçün panolar üstünlük təşkil edir. İşlərimin arasında həm sifariş üçün hazırladıqlarım olur, satış üçün də. Əsasən ABAD-la (Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs – red.) iş görürəm. Şükür, işlərim satılır. Bəzən də elə olur ki, çatdırmaq çətin olur. Hazırladığım panoların çoxunu da xarici turistlər alırlar.

© Sputnik / Rahim MuradovTərlan Sadıqovun əl işləri
Onun əl işlərinin bütün dünyadan müştərisi var, amma sənətini öyrənmək istəyən yoxdur - Sputnik Azərbaycan
Tərlan Sadıqovun əl işləri

- Bir qədər qəribə sual verəcəyəm. Bütün işlərinizi bəyənirsinizmi?

- Elə sualınıza uyğun cavab da verəcəyəm. Əgər mənə sifariş verirlərsə, ona tam ürəklə yanaşıb, gözəl formada düzəldirəm. Yəni, müştərinin maddi durumuna görə aşağı qiymətə işləsəm də işimi yüksək səviyyədə görərəm, mən sənətimi aşağı salmaram. Bəzən elə olur ki, sifarişçi onun istədiyi kimi yaratmağımı istəyir və mən də məhz onun dediyinin gözəl bir şey olmayacağını görüb imtina edirəm.

- Tərlan müəllim sizin əl işləriniz təkcə Lənkəranda satılır, yoxsa qonşu rayonlarda da məşhurlaşıb?

- Qonşu rayonlarda geniş yayılmasa da... Mən öz əl işlərimi sərgiyə çıxaranda, izləyən çox olur və çox şükür maraqlanırlar .Düzəltdiyim panoların çoxu bayaq adını çəkdiyim ABAD-ın təşkilatçılığı ilə ən çox xaricə satılır. Bir dəfə mənə gördüyüm işlərin hansı ölkələrə göndərildiyinin siyahısını verdilər. Avropanın bir neçə ölkəsi, ABŞ və hətta Braziliyaya da göndərilib. Yəni deyərdim ki, bizdə azdır, amma ən çox xaricdə işlərimə maraq var.

© Sputnik / Rahim MuradovTərlan Sadıqovun əl işləri
Onun əl işlərinin bütün dünyadan müştərisi var, amma sənətini öyrənmək istəyən yoxdur - Sputnik Azərbaycan
Tərlan Sadıqovun əl işləri

- Siz həm rəssam, həm də heykəltəraş olaraq hazırda gənc və orta nəslin sənətə qiymətini necə dəyərləndirirsiniz?

- Mən həm də Lənkəran Şəhər Rəssamlıq Məktəbində müəllim işləyirəm. Yəni məktəbə gələn şagirdlərin sayına baxdıqda gənclərdə marağın olduğunu görə bilirəm. Bu sənət elədir ki, ona marağın və ya meylin olmaması qeyri-mümkündür. Düzdür, sənətin də öz janrları var, amma sənət ümumən gözəllikdir. Ola bilər, müasir janr növünü, qəribə formanı seçə bilərlər. Məsələn, mən klassik janrı çox sevirəm, çünki qeyri-standart formalar məndə o qədər də maraq oyatmır. Digər tərəfdən, bizim məktəbə gəlib oxuyanlar var. Hamısı rəssam olmayacaq, amma maraqları var. Həmin uşaq rəssam olmasa belə, istər-istəməz onun zövqü formalaşır.

© Sputnik / Rahim Muradov
Tərlan Sadıqovun əl işləri - Sputnik Azərbaycan
1/3
Tərlan Sadıqovun əl işləri
© Sputnik / Rahim Muradov
Tərlan Sadıqovun əl işləri - Sputnik Azərbaycan
2/3
Tərlan Sadıqovun əl işləri
© Sputnik / Rahim Muradov
Tərlan Sadıqovun əl işləri - Sputnik Azərbaycan
3/3
Tərlan Sadıqovun əl işləri
1/3
Tərlan Sadıqovun əl işləri
2/3
Tərlan Sadıqovun əl işləri
3/3
Tərlan Sadıqovun əl işləri

- Öz istəyi ilə gəlib sizdən məhz keramika sənətini öyrənmək istəyən varmı?

- Dediyim kimi, işlədiyim bu sənətin yaradıcılıqla yanaşı texnoloji tərəfi də var. Gildən panonu hazırlayırıqsa və o pano sobaya girməzsə, iş tam keramika sayılmır. Çünki onun bişməsi lazımdır, tam bişəndən sonra tam mükəmməl iş olur. Yoxsa gil hazırlandıqdan sonra sadəcə özü qurusa, o iş sayılmaz. Mənim işlədiyim məktəbdə də bu sənətin tam öyrədilməsi üçün avadanlıqlar yoxdur. Mənim emalatxanam evimdədir və məktəbdə o avadanlıqlar yoxdur deyə, şagirdlərdə də tam maraq oyada bilmirəm. Hazırda evdə bu sənəti məndən bir şagirdim öyrənir. Rəssamlıq elədir ki, kətan üzərində boyalarla işləyirsən, vəssalam. Amma keramika işi uzun prosesdir, hazır məhsul sonda sobada bişməlidir. Bəlkə də uşaqlara bu proseslər uzun və çətin göründüyü üçün öyrənmək istəmirlər. Yenə deyirəm, bu sənəti bəyənənlər çoxdur. Bu işi öyrənib akademiyada oxuyan tələbələrimiz də var, amma onların qayıdıb bu sənəti işləyib-işləməyəcəkləri bəlli deyil. Çünki bu sənət ancq istedaddan asılı deyil. Akademiyada keramikanı bitirənlərin çoxu avadanlıqların olmaması səbəbindən sənətdən kənarda qalırlar.

Xəbər lenti
0