BAKI, 27 aprel – Sputnik. Fransada yerləşən "Campus Univers Cascades" kaskadyorlar məktəbinin tələbələri sosial şəbəkədə koronavirusa meydan oxumaq üçün #CUCchallenge çellencini təşkil ediblər.
Best Picture 2021? https://t.co/fHS181ns9x
— edgarwright (@edgarwright) April 23, 2020
Hər bir iştirakçı kiçik bir video qeydə alıb. Videoda onlar rəqibin virtual zərbəsini ən müxtəlif yollarla cavablandıraraq döyüş bacarıqlarını nümayiş etdirirlər. Daha sonra bütün bu çarxlar birləşdirilib və kəskin süjetli döyüş filmini xatırladan böyük bir klip alınıb.
Belə ki, kaskadyorlardan biri "iti rəqibin üstünə buraxır", digəri pilləkəndən "uçur". Ən məşhur üsullardan - rəqibə baş və ayaqla zərbələr endirməkdən ibarət kadrlar xüsusilə effektiv görünür. Əsas qayda isə odur ki, prosesdə heç kim zərər çəkməməlidir.
Bir neçə gün ərzində bu video sosial şəbəkədə virusu əvəz etməyə nail olub. O, təxminən 14 milyon baxış toplayıb və təkcə "Twitter"-də təxminən 400 min nəfər tərəfindən bəyənilib.
"Belə şən bir video. Sizə təşəkkür edirəm", "bu qəribə zamanda daha da artan axmaqlıq və dahiliyə pərəstiş edirəm", "Ən şən məqam onlardan birinin körpədən silah kimi istifadə etməsidir”, – deyə sosial şəbəkə istifadəçiləri klipi şərh edərkən bildiriblər.
Koronavirus epidemiyası və kütləvi özünü təcrid səbəbindən bu tip sosial şəbəkə çellencləri nadir hal deyil.
Məsələn, "Instagram"da hələ də bir çox dəb həvəskarı (bəzən hətta modellər) yastıq və ədyaldan paltar yaradırlar.
Посмотреть эту публикацию в Instagram
#pillowchallenge (#quarantinepillowchallenge) fləşmobu bir neçə həftə əvvəl @stylebynello və @myforteisfashion səhifələrində başlayıb. İndi bu həştəqlər altında hər gün 255 mindən çox paylaşımlar edilir və onların sayı günü-gündən artır.
Azərbaycanlı məşhurlar da koronavirus pandemiyası günlərindən maraqlı çellenclərə qoşulurlar. Bu günlərdə Pərvin Abıyeva, Kristina Zamir, Sevinc Ağaşirinova və Türkan Heydərova kimi model, müğənni və aktrisalar çılpaq bədəni yastıqla örtən, konstruksiyanı qayışla bərkidərək kokteyl paltarının illüziyasını yaradan çellencə qoşulublar.
Bundan başqa, azərbaycanlı məşhurların evdə öz mahnılarına klip çəkməsi, eyni mahnını ifa edərək bir çarxda birləşdirməsi, balkon qonşularına konsert verməsi kimi çellenclərə də tez-tez rast gəlinir.