Culyetto Kyezanın xatirəsinə ithaf olunur

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidИтальянский писатель и общественный деятель Джульетто Кьеза, фото из архива
Итальянский писатель и общественный деятель Джульетто Кьеза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kyezanın dünyagörüşü məhz kəskin ədalət hissi ətrafında formalaşmışdı və bu xüsusiyyətinə görə də o, hər şeydən əvvəl onu yaxşı tanıyanlar və dəyər verənlər üçün əziz idi.

BAKI, 27 aprel — Olqa Zinovyeva, Sputnik. Jurnalist və filosof Vladimir Lepexinin sözlərinə görə, "rusiyalı oxucu Culyetto Kyezanın şəxsiyyətinin böyüklüyünü yalnız indi – onun ölümündən sonra dərk edir." Kyeza ötən əsrin 80-ci illərinin əvvəllərindən Aleksandr Zinovyevlə möhkəm dost idilər. Bu dostluq bu insanların həyatında təsadüfi bir epizod deyildi – onları Rusiyanın və Avropa sivilizasiyasının taleyi üçün ortaq narahatlıq birləşdirirdi.

Больница, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Koronavirusa yoluxmuş jurnalist xəstəliyin "qəribəlikləri" haqqında danışıb

Kyeza tez-tez Rusiyaya səfərə gedirdi və televiziyada çıxış edirdi. O, ölkədəki və dünyadakı vəziyyəti elə adekvat şəkildə təsvir edirdi ki, faktiki olaraq Rusiyanın siyasi və jurnalist peyzajının ayrılmaz bir hissəsinə çevrilmişdi. Mənim üçün Culyetto Kyeza Ernest Heminqueyin analoqudur, amma jurnalistikada. Təbii ki, söhbət onun dünya şöhrətindən və ya hətta yaradıcılıq istedadından getmir. Bənzətməni ilk növbədə bu iki simanın dünyagörüşündə və həyat mövqeyində görürəm.

Heminquey bütün ömrü boyu böyük müharibələrin — Birinci Dünya Müharibəsinin, İspaniyada faşistlərə qarşı müharibənin və İkinci Dünya Müharibəsinin fəal və könüllü iştirakçısı olub və həmişə sərt antinasist mövqe tutub, əsərlərində və könüllü fəaliyyətində görkəmli insani keyfiyyətlərini nümayiş etdirib. Gəncliyində kommunist olmuş, Sovet İttifaqı və Rusiyanı yaxşı başa düşmüş və dəstəkləmiş Kyeza da belə bir insan idi. O, insanlığa qarşı cinayətlərlə mübarizədə həmişə öndə gedib.

Jurnalistikada, siyasətdə və analitikada Culyetto Kyezanın mövqeyi heç vaxt konyunktura əsaslanmayıb. Kyeza həmişə antiqlobalist olub. Son illərdə isə xüsusilə. 2014-cü ildə Avropanın Rusiyaya qarşı iqtisadi sanksiyalar elan etdiyi zaman o, Moskvanı dəstəkləyən çox az sayda avrojurnalistlərdən biri olub. Son illər ərzində Kyeza 75 il əvvəl nasizmi məğlub etmiş, bu gün isə neonasizmə qarşı mübarizə aparan ölkə kimi Rusiyaya qarşı ədalətsizliyi Avropa oxucusuna və izləyicisinə səbirlə və peşəkarlıqla izah edib.

Bununla yanaşı, italiyalı jurnalisti Kremlə və ya müasir Rusiya elitasına xüsusi rəğbət bəsləməkdə günahlandırmaq olmazdı. Əksinə, Kyeza Rusiyanın bir çox məmurlarını və oliqarxlarını da tənqid edirdi. O, yüksək mədəniyyət, keyfiyyətli təhsil və real demokratiya uğrunda mübarizə aparan İtaliya, Rusiya və digər xalqların tərəfində idi. Dünya jurnalistikasında artan senzuraya və dünyaya yeni rəqəmsal nizam tətbiq etmək cəhdlərinə Culyetto Kyeza kimi heç kəs bu cür ehtirasla qarşı çıxmayıb. Məhz bu məqsədlə o, "MeqaÇip" adlı beynəlxalq antiqlobalist assosiasiyasına rəhbərlik edib.

2016-cı ildə Culyetto "Rossiya Seqondya" BİA-nın "Zinovyev Klubu"nun beynəlxalq heyətinə qoşulmaq barədə dəvətimizi minnətdarlıqla qəbul edib. Kyezanın sözlərinə görə, o, qoşulmaq qərarına gəlib, çünki klubun məqsədi "dünyada Rusiyanın ədalətli obrazını formalaşdırmaq" kimi elan edilib və bu məqsəd italiyalı internasionalist jurnalistin istənilən namuslu insanın, xüsusilə də jurnalistin əsas əqidəsinin necə olması barədə təsəvvürlərinə tam uyğun gəlirdi. Culyetto Kyezanın dünyagörüşü məhz kəskin ədalət hissi ətrafında formalaşmışdı və bu xüsusiyyətinə görə də o, hər şeydən əvvəl onu yaxşı tanıyanlar və dəyər verənlər üçün əziz idi.

Bəli, biz bu gün bu şəxsiyyətin böyüklüyünü və əsl əhəmiyyətini həqiqətən tam dərk etməyə başlayırıq. Bizim hamımız italiyalı dostumuz Culyetto Kyeza üçün darıxacağıq.

Xəbər lenti
0