CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Xidmət"ə üz tutmaq istəyənlər, öncə agah olun

© Facebook / ASAN XidmətСотрудники ASAN Xidmət за работой
Сотрудники ASAN Xidmət за работой - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət Agentliyi olaraq növbə götürən vətəndaşlara müvafiq mərkəzə 15 dəqiqə tez gəlməyi tövsiyə edirik. Bundan başqa, qeyd edək ki, hazır sənədlərin götürülməsi üçün öncədən növbə almağa ehtiyac yoxdur" - "ASAN Xidmət"

BAKI, 27 aprel — Sputnik. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı sualları cavablayıb. Sputnik Azərbaycan "ASAN Xidmət"ə istinadən xəbər verir ki, ən çox verilən suallardan biri də onlayn növbələrin hansı halda ləğv ediləcəyi haqdadır.

"ASAN Xidmət"dən isə bildirilib ki, əldə olunan onlayn növbə ilə bağlı müəyyən olunan vaxtda vətəndaşların xidmət pəncərəsinə yaxınlaşmadığı təqdirdə onların növbəsi ləğv edilir və bərpası mümkün olmur: "Dövlət Agentliyi olaraq növbə götürən vətəndaşlara müvafiq mərkəzə 15 dəqiqə tez gəlməyi tövsiyə edirik. Bundan başqa, qeyd edək ki, hazır sənədlərin götürülməsi üçün öncədən növbə almağa ehtiyac yoxdur". 

Qeyd edək ki, aprelin 27-dən "ASAN xidmət" mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb.

Xəbər lenti
0