ABŞ prezidenti Donald Tramp Çinin koronavirus pandemiyası nəticəsində dünya iqtisadiyyatında yaranmış kəskin pisləşmə ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ticarət razılaşmasının ləğv edilməsini istisna etmir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatında yaranmış xaotik durum qurulan yeni texnoloji və dünya təsərrüfat quruluşu ilə bağlıdır: “Köhnə yanaşmalarla tənzimlənən dünya iqtisadiyyatının prinsipləri işlək deyil. Ona görə də, ölkələr kifayət qədər mühafizəkar siyasət yeridərək, daxili bazarlarını qorumağa çalışırlar. Onilliklər ərzində formalaşan dünya iqtisadiyyatının prinsipləri deqradasiyaya uğrayır. Bu baxımdan ticarət savaşları, maliyyə seqmentində gərginliklər gözləniləndir. Bundan sonra yeni ticarət zonalarının yaradılmasının şahidi olacağıq. Proses kifayət qədər mürəkkəbdir və ağrılı olacaq”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz