CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerin altında yatan qızıl – Palçıqdan da pul qazanmaq olar, yetər ki, istəyək

© Sputnik / Murad OrujovГрязевые вулканы появились на территории нынешнего Азербайджана 25 млн лет назад
Грязевые вулканы появились на территории нынешнего Азербайджана 25 млн лет назад - Sputnik Azərbaycan
Abunə olmaq
Turizm şirkətləri vulkanları turistlərə ancaq görməli yerlər siyahısı kimi təqdim edir. Ancaq onların müalicəvi üstünlüyündən də danışıla bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar. Dünyadakı 700-ə yaxın palçıq vulkanından 300-dən çoxu Azərbaycanın payına düşür. Vulkanların çoxu da Abşeron və Bakı qəsəbələrində yerləşir.

Mütəxəssislərə görə, bu palçıq vulkanlarından çıxan mineral maddələr insan sağlamlığı üçün xüsusilə faydalıdır. Əsəb sistemi, oynaq ağrıları, dəri xəstəliklərindən əziyyət çəkənlər vulkanları ziyarət edərək, vulkan məhsullarından istifadə edib, sağlamlıq qazana bilər.

Bu, həmçinin iqtisadi cəhətdən də faydalıdır. Azərbaycanda palçıq vulkanları ilə müalicələrin təşkili, ekoturizmin bu istiqamət üzrə də inkişaf etdirilməsi ölkəmizə əlavə valyuta gətirə bilər.

Geologiya və Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyevin fikrincə, sayına, tərkibinə, aktiv fəaliyyətinə görə Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur. O, hesab edir ki, palçıq vulkanları ekoturizmin inkişafı üçün olduqca maraqlı obyektlərdir.

© Sputnik / Irade JELILBinəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı
Yerin altında yatan qızıl – Palçıqdan da pul qazanmaq olar, yetər ki, istəyək - Sputnik Azərbaycan
Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı

A. Əliyev vurğulayıb ki, bəzi turistlər müalicə olunmaq məqsədilə palçıq vulkanları ilə müalicə işinin təşkil edildiyi ölkələrə səfər edirlər.

"Ölkəmizdəki vulkanların sayı, tərkibi nəzərə alınarsa, palçıq vulkanları ilə müalicəni təşkil edə bilərik. Nəzərə alaq ki, Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanları dünyada çox nadir hallarda rast gəlinən vulkanlardandır. Bakıdan 50 km qərbdə yerləşən "Çeyildağ" vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir" – deyən A Əliyev əlavə edib ki, "Qoturdağ"da isə süxur daim sıxılır.

Buna bənzər vulkan ancaq Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Bu səbəbdən də Azərbaycana gələn turistlər üçün də belə vulkanlar maraqlıdır.

A. Əliyev qeyd edib ki, əgər bu işə sərmayə yatırılsa, onda bu, respublikamıza daxil olan valyutanın artmasına səbəb olar.

© Sputnik / Irade JELILQobustan
Yerin altında yatan qızıl – Palçıqdan da pul qazanmaq olar, yetər ki, istəyək - Sputnik Azərbaycan
Qobustan

Turizm eksperti Asiman Əliyevin fikrincə, Azərbaycanda çox sayda palçıq vulkanı olsa da, onların məhsullarından yüksək səviyyədə istifadə edilmir.

"Yay fəslində ara-sıra turistlər gəlsə də, bu məhsulların kosmetik vasitə və ya dərman vasitəsi kimi istifadəsi yoxdur. Məsələn, dövlət səviyyəsində "vulkan məhsulları" brendləşdirilib bazara təqdim edilə bilər. Bu zaman həm qazanc əldə etmiş olarıq, həm də Azərbaycanı xarici ölkələrdə də tanıda bilərik" – o bildirib.

Turizm eksperti Ramin Zamanovun sözlərinə görə, palçıq vulkanlar Azərbaycanın turizm atributlarından biridir. Ekspert hesab edir ki, palçıq vulkanları Azərbaycana gələn turistlərin görmək istədikləri yerlərin siyahısındadır.

"Müşahidələrimizə görə deyə bilərəm ki, turistlərin çoxu vulkanları görməkdən məmnun qalır. Vulkan məhsullarına toxunub istifadə edirlər. Ancaq palçıq vulkanlarının sağlamlıq üçün olan faydaları mütəxəssislər tərəfindən ətraflı araşdırılmalı və Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınmalıdır. Əgər Azərbaycanın palçıq vulkanları sağlamlığa faydasına görə ÜST-ün siyahısına salınsa, bu turizm, sağlamlıq baxımından maraqlı qarşılanar. Bilirsiniz ki, bu gün Naftalan nefti dünyanın hər yerindən turistləri cəlb edir. Naftalan neftini bütün dünya səhiyyəsi qəbul edir" – deyən ekspert hesab edir ki, Azərbaycan palçıq vulkanlarının oynaq xəstəliklərinin, dəri xəstliklərinin müalicəsində böyük rolu var.

© Sputnik / Murad OrujovPalçıq vulkan
Yerin altında yatan qızıl – Palçıqdan da pul qazanmaq olar, yetər ki, istəyək - Sputnik Azərbaycan
Palçıq vulkan

R. Zamanlı vurğulayıb ki, bu gün turizm şirkətləri vulkanları turistlərə ancaq görməli yerlər siyahısı kimi təqdim edir. Ancaq vulkan məhsullarının sağlamlığa faydası rəsmi şəkildə təsdiqlənsə, bundan sonra turizm şirkətləri turistlərə vulkanların müalicəvi üstünlüyündən də danışa bilər.

Ekspertin fikrincə, Azərbaycanda palçıq vulkanlarının sağlamlığa faydaları rəsmi şəkildə təsdiqlənərsə, bu ölkəyə turist axının olmasına da səbəb ola bilər.

Hazırda bütün dünyada koronavirus pandemiyasının yaşanmasına, turizmin tam olaraq dayanmasına baxmayaraq, heç nə əbədi deyil. Müəyyən müddət sonra hər şey əvvəlki axarına düşəcək, turizm də yenidən dirçələcək. Sabaha bu gündən niyə hazırlaşmayaq?

Xəbər lenti
0