İranda daha mindən çox adam koronavirusa yoluxdu

© © WANA (West Asia News Agency)/Ali Khara via REUTERSСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur ötən sutka ərzində daha 60 nəfərin koronavirusdan öldüyünü və İranda koronavirusdan ölənlərin sayının 5 710 nəfərə çatdığını deyib

BAKI, 26 aprel – Sputnik. İranda 19 fevraldan bu günədək (26 aprel) 90 481 nəfər koronavirusa (COVID19) yoluxub.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Koronavirus bitməyəcək və ən azı bir il bizlə birgə olacaq" - ÜST rəsmisi

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində daha 1 153 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Ümumilikdə virusa yoluxanlardan 3 079 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi ötən sutka ərzində daha 60 nəfərin koronavirusdan öldüyünü və İranda koronavirusdan ölənlərin sayının 5 710 nəfərə çatdığını deyib.

Cahanpur bildirib ki, İranda indiyədək 69 657 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 421 mindən çox test həyata keçirilib.

Xəbər lenti
0