BAKI, 26 aprel – Sputnik. Son sutka ərzində Gürcüstanda daha 29 nəfərin yeni növ koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.
Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə “StopCov.ge” saytında məlumat yerləşdirilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb. Ötən sutka ərzində virusa yoluxan 83 yaşlı kişi həyatını itirib. Beləliklə, ölənlərin sayı 6 nəfərə çatıb.
Ümumilikdə 139 nəfər sağalıb. Karantində 4 928 nəfər saxlanılır. Daha 522 nəfər stasionar müalicədədir.