BAKI, 26 aprel – Sputnik. Belarusda koronavirusa tutulan xəstələrin sayı 10 mini ötüb.
Sputnik Azərbaycan xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusdan müalicə olunanların sayı 10463 nəfərdir. Onlardan 1695 nəfəri tam sağalaraq evə buraxılıb, 72 nəfər isə həyatını itirib.
İndiyədək Belarusda koronavirusla bağlı 147 525 test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.