Boris Consonun işə çıxacağı tarix bilindi

© AFP 2024 / 10 DOWNING STREET / PIPPA FOWLESБританский премьер Борис Джонсон, фото из архива
Британский премьер Борис Джонсон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxan Boris Conson aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi. Hazırda səhhətində heç bir problemin olmadığı bildirilir.

BAKI, 26 aprel - Sputnik. Koronavirusdan müalicə olunaraq sağalan Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 27-də vəzifəsinin icrasına başlayacaq. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə hökumət başçısının rəsmi nümayəndəsi açıqlayıb.

Sky News-un məlumatına görə, Baş nazir cümə günü müşavirləri ilə görüşüb: Boris Consona ölkədə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri, eləcə də son vəziyyət barədə məruzə edilib. 

Baş nazirin ev şəraitində müalicə olunduğu dövrdə onun vəzifəsini müvəqqəti icra edən Xarici işlər naziri Dominik Raabla gündəlik videoəlaqənin olduğu bildirilib.

Qeyd edək ki, koronavirusa yoluxan Boris Conson aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi. Hazırda səhhətində heç bir problemin olmadığı bildirilir.

Xəbər lenti
0