Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

© REUTERS / Irakli GedenidzeСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan hökuməti Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

BAKI, 25 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 456-ya çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 132-si sağalıb, 5-i ölüb. Hazırda bu ölkədə 4494 nəfər karantində, 555 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Gürcüstan hökuməti Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

"Aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərində - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib. Bundan əlavə, aprelin 17-dən ölkədə şəxsi minik avtomobillərinin hərəkəti tam dayandırılıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 martdan qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunub.

Xəbər lenti
0