CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Taxt-tac oyunları”nın soundtrekinin Azərbaycan versiyası hazırlanıb – VİDEO

© © Game of Thrones / HBO / Helen Sloan / 2019Кадры из восьмого сезона "Игры престолов"
Кадры из восьмого сезона Игры престолов - Sputnik Azərbaycan
Abunə olmaq
Musiqiçilər Sultanhüseyn Rzayev və Orxan Cumayev meqapopulyar Amerika serialından məşhur kompozisiyanı ifa edərək, eksperiment aparmaq qərarına gəliblər.

BAKI, 23 aprel – Sputnik, Kəmalə Əliyeva. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri "Taxt-tac oyunları" (Game of Thrones) populyar serialının soundtrekinin kaver versiyasını ifa ediblər.

Bu barədə Sputnik Azərbaycan-a musiqiçilərin özləri məlumat verib.

Perkussiyaçı Sultanhüseyn Rzayev və violonçelçi Orxan Cumayev birgə kompozisiya yazdırmaq qərarına gəliblər. Onlar ifa etmək üçün təkcə əcnəbi tamaşaçılar arasında deyil, azərbaycanlılar arasında da sevilib-seçilən "Taxt - tac oyunları" Amerika teleserialının məşhur saundtrekini seçiblər.

Musiqiçilər məşhur kompozisiyanı yeni interpretasiyada ifa ediblər və bu, onların sosial şəbəkə izləyicilərinin ürəyincə olub. Videonun montajını Eşqin Ağayev edib.

Musiqiçilər uğurlarından ruhlanaraq yaradıcılıq eksperimentlərini davam etdirmək və öz dinləyicilərini yeni kompozisiyalarla sevindirmək istəyirlər. Bununla həm də, dinləyicilərinin karantin günlərinə rəng qatmağa çalışırlar. 

https://www.instagram.com/sultanhuseyn/channel/?utm_source=ig_embed

"Taxt-tac oyunları" Corc Martinin "Buz və odun nəğməsi" silsilə romanının motivləri əsasında fantaziya janrında çəkilən Amerika teleserialıdır. Film Devid Benioffun rəhbərliyi altında çəkilib. Çəkilişlər Böyük Britaniya, Malta, Xorvatiya, İslandiya və Mərakeş da daxil olmaqla bir neçə ölkədə aparılıb. Serial səkkiz mövsümdən ibarət olub.

Müqayisə üçün diqqətinizə "Taxt-tac oyunları"teleserialının soundtrekinin orijinal versiyasını da təqdim edirik.

Xəbər lenti
0