Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. "Sərhədlər müəyyən bir şəkildə açılacaq. Bunun üçün bütün ölkələrin birgə çalışması önəmlidir. Bəzi ölkələr daxili sərhədləri bağlayıb. Öncə daxili sərhədlərin, sonra bölgələr üzrə sərhədlərin açılması daha sonra AB-yə üzv ölkələr arasında sərhədlərin açılması müzakirə olunacaq. Təbii ki, sərhədlər açılacaq. Bu isə ölkələrin bir-birinə olan güvənindən asılıdır".
Sputnik Azərbaycan-ın xəbərinə bu barədə ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmancı jurnalistlər üçün virtual konfransda çıxışı zamanı deyib.
O peyvəndlə bağlı da danışıb: "3 peyvənd üzərində çalışmalara başlanılıb. Adətən bir peyvəndin hazırlanaraq təqdim olunması 12-15 ay çəkir. Lakin belə durumda bu müddəti nisbətən də azaltmaq olar. Bu ilin sonuna doğru ilk peyvəndin təqdimatı gözlənilir. Bu müddət bundan tez ola bilməz".
Eləcə də oxuyun:
* Qərb qonşumuz quru sərhədlərini açır