BAKI, 24 aprel — Sputnik. “Bu yaxınlarda Rusiyadan gətirilən 548 soydaşımız arasında koronavirusa ciddi yoluxma faktları aşkar edilib”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, həmin şəxslər ciddi karantin rejimində saxlanılacaq:
“Azərbaycan Hava Yolları” tərəfindən 2020-ci ilin may ayı ərzində beynəlxalq uçuşların bərpa edilməyəcəyi barədə qərar qəbul edilib. Xaricdən gələcək vətədaşlarımız xüsusi reyslərlə ölkəmizə gətiriləcək və onlar karantin rejimində qalacaq”.
R.Bayramlı qeyd edib ki, Ramazan ayı ərzində insanlar xüsusi karantin rejimi qaydalarına riayət etməlidirlər.