Evdə qalanlar virusun ikinci dalğasında koronavirus tutacaq – Lukaşenko

© REUTERS / Alexander Zemlianichenko / PoolАлександр Лукашенко, фото из архива
Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İkinci dalğa baş verəcək və mənzillərindən çıxacaq bu zəifləmiş insanlar virusa tutulacaq. Virus isə gözləyir, öz qurbanını gözləyir", - deyə Lukaşenko vurğulayıb.

BAKI, 24 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla mübarizədə Qərbi Avropa ölkələrinin təcrübəsini tənqid edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Пассажиры в зале ожидания национального аэропорта Минска - Sputnik Azərbaycan
Bakıdan Belarusa gedən sərnişində koronovirus aşkarlandı

Onun fikrincə, karantin immuniteti zəiflədir və insanın psixi sağlamlığına təsir edir. Bundan sonra insanlar koronavirusa qarşı daha həssas olur.

"İkinci dalğa baş verəcək və mənzillərindən çıxacaq bu zəifləmiş insanlar virusa tutulacaq. Virus isə gözləyir, öz qurbanını gözləyir", - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,7 milyonu keçib, 190 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0