BAKI, 24 aprel — Sputnik. Gələn həftədən “ASAN Xidmət” yeni formada fəaliyyətə başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, aprelin 27-si saat 00:00-dan etibarən “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.