CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adi qızla ifritənin vəhdəti: sosial şəbəkədə yeni mövzu - FOTO

© AFP 2024 / FREDERIC J. BROWNКраски и кисти художника, фото из архива
Краски и кисти художника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın yaradıcı adamları vahid layihə naminə birləşdilər və nəticədə qeyri-adi qız portreti yaratdılar

BAKI, 24 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycan rəssamı Kənan Şeyxzamanlı qeyri-adi portret çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu portretin yaradılmasında rəssamın bir çox həmkarları da iştirak ediblər.

Şəkil sosial şəbəkədə heyranlıq və qızğın müzakirələr doğurub.

İş rəssamın Instagram səhifəsində təqdim olunub. İlk dəfə olaraq Şeyxzamanlı öz gənc həmkarları ilə birgə qeyri-adi layihə həyata keçirmək qərarına gəlib. Onun yaradılması üçün ideya müəllifi Bakının ən istedadlı illüstratorlarını seçib.

View this post on Instagram

A post shared by Kenan Sheykhzamanli (@ken_sheykh) on

Layihədə Cəmilə Əliyeva, Katya Fluff, Tələt Əliyev, Fatimə Abdullayeva, Aygün Həsənova, Nərgiz Səfərova və bir çox digər rəssamlar iştirak ediblər. Onlar qızın portretini birlikdə hissə-hissə çəkmək qərarına gəliblər. Bu rəsm özündə iki obrazı birləşdirir – adi qızı və ifritəni.

Rəssamlar əməkdaşlığı davam etdirmək niyyətindədirlər və tezliklə digər kollaborasiyaları da təqdim edəcəklər.

Kənan Şeyxzamanlı - storibordçu və komiks rəssamıdır. Uşaq yaşlarından yaradıcılıqla məşğul olur. O, həmçinin xalq artisti Tünzalə Ağayevanın klipinin illüstratoru kimi çıxış edib.

Xəbər lenti
0