CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ardıcıl iş günlərinin sayının yeddidən artıq olmaması təklif edilir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ombudsman hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

BAKI, 24 aprel — Sputnik. Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı yeddi gündən artıq ola bilməz.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ombudsman əlillərlə bağlı müraciət edib

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səbinə Əliyeva "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi"ni təqdim edən zaman deyib.

Ombudsman bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə təklif edib. Əmək Məcəlləsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Ombudsman hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

Xəbər lenti
0