CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgisizlik yükünü çəkənlər: bəs onların pulu necə olacaq?

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq bir neçə ildir ki, Aliment Fondunun yaradılması məsələsi gündəmdədir. Onu elə bir formada yaratmaq lazımdır ki, işlək olsun. Yəni boşanmalar stimullaşdırılmasın" - Millət vəkili Zahid Oruc

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Ədliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1.467, fevral ayında 1.493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb. İldən-ilə rəqəmlərin artması həm də boşanmış qadınların, anaların probleminin artması kimi xarakterizə olunsa, deyə bilərik ki, belə şəxslər üçün ən böyük çətinliklərdən biri qarşı tərəfdən alimenti almaqdır. Azərbaycan reallığı ilə yanaşıldıqda, bir çox hallarda ailələr boşandıqdan sonra qarşı tərəf - ata övladı üçün aliment ödəməkdən imtina edir.

Невеста в свадебном платье, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tez oyananla tez evlənən uduzmaz? - Ekspertlər belə düşünmürlər

Bir çox hallarda ata elə zənn edir ki, bunu etməklə sanki keçmiş həyat yoldaşından qisas alacaq. Reallıq isə övladının təhsildə inkişafdan geri qalmasıdır. Bir uşağın lazımi səviyyədə təhsil almamasını, onun geriləməsini zamanla bərpa etmək, düzəltmək mümkünsüzdür. Yəni onu təxirə salmaq yanlış qərardır.

Bu gün alimentin gecikdirilməsi, verilməməsi ölkədə başlıca problemlərdən biridir. Elə statistika da bunu deyir: ötən il Ombudsmana ən çox alimentlə bağlı şikayətlər daxil olub.  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2019-cu il üzrə məruzəsində isə təklif olaraq aliment məbləğinin aşağı həddinin uşaqlar üçün yaşayış minimumunun miqdarından az olmaması təklif edilib. Bu məqsədlə müvafiq qanunvericilik aktlarında əlavə və dəyişikliyin olmasının vacibliyi vurğulanıb.

Millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-a açıqlamasında bu problemin həlli istiqamətində atılması vacib olan addımlardan danışıb: "Bir neçə gün öncə də əksər millət vəkilləri tərəfindən bu məsələ qaldırıldı. Bu isə problemin mövcud olması deməkdir. Bir tərəfdən, məhkəmə orqanları ardıcıl olaraq boşanmalardan sonra bu cür maddi öhdəliklərin yerinə yetirilməməsi ucbatından daha sərt sanksiyalar verməli olur. Qeyd edim ki, elə həbslərin müəyyən faizi bu cür öhdəliklərin yerinə yetirilməməsinə görədir".

"Digər tərəfdən, analar keçmiş həyat yoldaşlarından övladlarına görə bu cür yardımlar ala bilmir ki, belə olan halda sosial, mənəvi və psixoloji problemlər ortaya çıxır. Bu səbəbdən də müvəkkil institutu, insan haqları komitəsinin də vahid bir fikirdə mövqeyi birləşir. Artıq bir neçə ildir ki, aliment fondunun yaradılması məsələsi gündəmdədir. Onu elə bir formada yaratmaq lazımdır ki, işlək olsun. Yəni boşanmalar stimullaşdırılmasın, sadəcə olaraq vəziyyət qaçınılmaz olarsa, tərəflər maddi himayədarlığını boşandıqdan sonra bitirməsinlər. Bu məsələ qarşıdakı dövrdə də diqqətdə qalacaq", - deyə millət vəkili əlavə edib.

Z.Oruc Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətinə də toxunub: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni rəhbərin təyin olunması, Bahar Muradovanın Milli Məclisdə hüquqi, siyasi, ailə, sosial və ictimai problemlər ətrafında müzakirələri peşəkarcasına bilməsi şərait yaradacaq ki, bu məsələ ətrafında hüquqi addımlar qət etmək mümkün olsun".

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyənləşib.

Xəbər lenti
0