BAKI, 24 aprel — Sputnik. Dünyada koronavirusdan ölənlərin sayı 191 060 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, hazırda dünyada 2 725 920 nəfər COVID-19 xəstəsidir. Bu xəstəlikdən 745 905 nəfər sağalıb.
Koronavirusdan ən çox insan ABŞ-da vəfat edib. Birləşmiş Ştatlarda 50 243 nəfər COVD-19-dan dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.