CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan ayının təqvimi

Abunə olmaq
Sputnik Azərbaycan builki Ramazan təqvimini təqdim edir. Allah oruc və dualarınızı, ibadətinizi qəbul etsin!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası aprelin 20-də Ramazan ayı ilə bağlı fətva verib.

Fətvada deyilir ki, bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək. Beləliklə, Azərbaycanda Ramazan ayı bu il aprelin 25-dən başlayır. Yəni, həmin gündən etibarən 30 gün ərzində müsəlmanlar oruc tutacaqlar.

Qeyd edək ki, bu il Ramazan ayı bütün dünya üçün çətin bir dövrə təsadüf edib. Hazırda yeni növ koronavirus dünyada yayılmaqdadır və o səbəbdən bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda karantin rejimi tətbiq olunub. Daha da diqqətəlayiq fakt odur ki, koronavirus məhz immuniteti zəif insanlara daha güclü təsir edə bilir.

Bütün bunları nəzərə alan QMİ öz fətvasında qeyd edir ki, "builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir. Necə ki Allahın Peyğəmbəri (s) "Bu ayda ən yaxşı əməl nədir?" sualına cavab olaraq buyurdu: "Bu ayda ən yaxşı əməl - özünü Allahın qadağan etdiklərindən daha çox çəkindirməkdir".

Sputnik Azərbaycan builki Ramazan təqvimini təqdim edir. Allah orucunuzu qəbul etsin!

Xəbər lenti
0