Koronavirus ən qorxunc epidemiyaların iyirmiliyinə daxil ola bilməyəcək

© REUTERS / AMIT DAVEСитуация в связи с эпидемиологической обстановкой в Индия
Ситуация в связи с эпидемиологической обстановкой в Индия - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqat müəlliflərinin fikrincə, cari koronavirus infeksiyasının tarixdəki ən ciddi pandemiyaların iyirmiliyinə daxil olması üçün, ondan ölənlərin sayı bir milyona çatmalıdır.

BAKI, 23 aprel – Sputnik. Deutsche Bank-ın mütəxəssisləri hesab edirlər ki, COVİD-19 epidemiyası bəşər tarixindəki ən ölümcül epidemiyaların iyirmiliyinə daxil olmayacaq. Sputnik radiosu xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Tədqiqatın müəllifləri ən azı 100 min insanın həyatını itirdiyi 24 pandemiya və epidemiyanı təhlil edərək ölüm nisbətinin müqayisəsini aparıblar.

Bəşəriyyət üçün ən məhvedici "qara ölüm" - 1347-1351-ci illərdə yayılmış vəba pandemiyası olub. O, dünya əhalisinin 42 faizini - 200 milyonunu məhv edib. Reytinqdə ikinci yerdə 541-542-ci illərdə mövcud yayılmış vəba epidemiyası olub. Bu epidemiya sayəsində dünya əhalisinin 28,51%-i - 60 milyon nəfər həlak olub.

Ekspertlər qeyd edirlər ki, hazırda ən ölümcül xəstəlik QİÇS olaraq qalır. 1981-ci ildə xəstəliyin aşkarlanmasından sonra HİV-ə yoluxma nəticəsində əhalinin 0,57% - i - 30 milyon nəfər vəfat edib və pandemiya davam edir.

Tədqiqat müəlliflərinin fikrincə, cari koronavirus infeksiyasının tarixdəki ən ciddi pandemiyaların iyirmiliyinə daxil olması üçün, ondan ölənlərin sayı bir milyona çatmalıdır.

SARS-CoV-2 virusunun səbəb olduğu COVİD-19 xəstəliyi dekabr ayının sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Mart ayının ortalarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada 2,47 milyondan artıq yoluxma hadisəsi qeydə alınıb, 169 mindən artıq insan dünyasını dəyişib.

Sputnik radiosu, daha əvvəl ABŞ Dövlət Departamentinin COVİD-19-un süni mənşəli olduğuna dair sübutlara malik olmadığını bildirib

Xəbər lenti
0