SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropadan İrana edilən yardımlar nə ilə nəticələnəcək – politoloq şərh edir

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов
Политолог Фикрет Садыхов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Vaşinqton İrana edilən yardımlara görə Brüsselə təsir göstərməyə çalışacaq
Fikrət Sadıxov: “Proseslər ABŞ və Brüssel arasında narazılıqlara səbəb ola bilər”

“Avropa ölkələrinin İrana qarşı tutduğu mövqe ABŞ-ın yanaşmasından müəyyən qədər fərqlidir”. Bunu Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, İranın nüvə proqramı və koronavirusla bağlı yardım məsələlərində bu fərqlər özünü büruzə verir: “Amma bu, o demək deyil ki, Avropa ölkələri İrana qarşı sanksiyaları ləğv edəcək. İrana yardımlar davam edəcək və Vaşinqton çalışacaq ki, Brüsselə təsir göstərsin. İran və Avropa arasında yaşananlar münasibətlərin müsbət məcraya daxil olması demək deyil. Amma reallıq ondan ibarətdir ki, proseslər ABŞ və Brüssel arasında narazılıqlara səbəb ola bilər”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Avropa Birliyi ölkələrini Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində bütün öhdəlikləri yerinə yetirməyə çağırıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0