CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdləri üçün yeni dərs üsullarını öyrənən ucqar kəndin müəllimi

Abunə olmaq
Azərbaycanda koronavirus təhlükəsinə görə bütün ölkə üzrə məktəblərdə dərslər dayandırılıb. Buna baxmayaraq, ucqar kənd müəllimi şagirdləri ilə tədrisi davam etdirmək üçün yeni üsullara əl atıb. Onun bunu necə bacardığını videomuzda izləyin.

Bu ilin martın 3-dən bütün təhsil müəssisələrində ənənəvi tədris və dərslər dezinfeksiya və profilaktika işləri ilə əvəz edilib. Bir çox məktəb müəllimi isə təhsilin qeyri-ənənəvi üsullarına əl atmalı olub. 

“Məktəb zamanı gəldi...” – Hər gün məktəbə çatmaq üçün 6 km yol getməli olan balaca qız  - Sputnik Azərbaycan
VİDEO
"Məktəb zamanı gəldi..." – Hər gün məktəbə çatmaq üçün 6 km yol getməli olan balaca qız

Paytaxtda bu daha asan olsa da, rayon, xüsusilə də ucqar kəndin müəllimləri üçün bu, səsləndiyi qədər asan deyil. Qax rayonunun Qaratala kənd tam orta məktəbində 40 ilə yaxındır riyaziyyat müəllimi olan Nəhayət Hüseynova şagirdləri üçün hələ də mütəmadi olaraq çalışır. Bunun üçün isə bir çox kompüter proqramını sıfırdan öyrənməli olub.

“Əvvəlcə inanmırdım ki, şagirdləri bu cür bir araya yığmaq mümkün olacaq. Bilmədiyim bəzi proqramlar var idi, amma onları da yavaş-yavaş öyrəndim. Bu gün mobil telefon artıq həyatımın ayrılmaz bir hissəsinə çevrilib və asanlıqla dərsləri bu yolla keçməyi bacarıram”, - deyə Nəhayət xanım bizimlə bölüşüb.

Buna baxmayaraq, o etiraf edir ki, bu cür dərslər ənənəvi təhsilin yerini verə bilmir. Bəzən hava şəraiti ilə əlaqədar olaraq kənddə elektrik kəsilir. Rayonda internet bağlantısının bəzən zəif olması da müəyyən problemlər yaradır. Amma Nəhayət xanım əzmlə şagirdlərinə dərs deməyə davam edir. Hər dərsdən əvvəl isə onlara şəxsi gigiyena qaydalarına əməl etmələri haqda tövsiyələr verir.

Xəbər lenti
0