O gün uzaqda deyil: İncildə qeyd olunan miqyasda aclıqla üzləşə bilərik

© AFP 2023 / SUMY SADURNIВоенные доставляют продукты жителям Кампалы в Уганде
Военные доставляют продукты жителям Кампалы в Уганде - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib ki, əgər bəşəriyyət ərzaq təhlükəsizliyini təmin etməsə, koronavirus pandemiyasına görə kütləvi aclıqla üzləşə bilər.

BAKI, 22 aprel – Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli bəyan edib ki, ərzaq təhlükəsizliyini təmin etməsə, bəşəriyyət koronavirus pandemiyasına görə kütləvi aclıqla üzləşə bilər.

"Əgər biz hazırlaşmasaq və indi fəaliyyətə başlamasaq, onda bir neçə aydan sonra İncildə qeyd olunan miqyasda aclıqla üzləşə bilərik", - Devid Bizli təşkilatın saytında yerləşdirilən açıqlamasında qeyd edib.

Холодильник с продуктами, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bundan belə donmuş qidaya da tərs baxacaqsınız

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Bizli bunun qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsini təklif edib. O, döyüş əməliyyatlarının bütün iştirakçılarından humanitar yardımın maneəsiz çatdırılmasına imkan yaratmağı, eləcə də bütün dünyada hərəkəti təmin edən logistika mərkəzləri şəbəkəsinin yaradılmasına 350 milyon dollar sərmayə qoymağı xahiş edib.

"İlk növbədə bizə sülh lazımdır", — deyə ÜƏP-in rəhbəri bildirib.

Bizli, həmçinin, maliyyə çatışmazlığının, ticarətdə fasilələrin, ac əhaliyə çıxışın itirilməsinin qarşısının alınması üçün erkən xəbərdarlıq sistemlərinin zəruriliyi barədə məsələ qaldırıb.

"Vaxt bizim tərəfimizdə deyil, buna görə ağıllı və tez hərəkət edək", – deyə o bildirib.

Bundan əvvəl isə ÜƏP ekspertləri 2020-ci ilin sonuna qədər dünyada 130 milyon insanın COVİD-19-un nəticələri ucbatından aclıq çəkəcəyini bildiriblər.

Pandemiya dünyanın, demək olar ki, bütün ölkələrini bürüyüb. ÜST-ün son məlumatına görə, virusa yoluxanların sayı 2,5 milyon nəfərə çatıb, 177 mindən çox adam dünyasını dəyişib.

Xəbər lenti
0