CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Necə bir kefi pozdular - çay da vardı, oyun da... - VİDEO

CC0 / EVG photos / PS gameДжойстик игровой приставки, фото из архива
Джойстик игровой приставки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

 

BAKI, 22 aprel — Sputnik. Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən "Play station" oyun zalı aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının "Play station" salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduğu aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Xəbər lenti
0