Sinəsindəki silikon qadının həyatını xilas etdi

© Sputnik / Aleksey Danichev / Mediabanka keçid Памятник в виде женской груди
 Памятник в виде женской груди - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadada küçədə gəzən qadın təsadüfi güllənin qurbanı olub. Lakin xoşbəxtlikdən, ürəyini nişan alan güllənin qarşısını silikon implant kəsib

BAKI, 22 aprel – Sputnik. Qadının sinəsindəki silikon implant güllənin trayektoriyasını dəyişməyə və sahibini ölümdən xilas etməyə müvəffəq olub. Sputnik Azərbaycan bildirir ki, qeyri-adi hadisənin təsviri ilə bağlı məqalə Plastic Surgery Case Studies tibbi jurnalında dərc edilib.

Hadisə Kanadanın Ontario əyalətində baş verib. 30 yaşlı qadın naməlum güllənin qurbanı olub. O, küçədə gəzərkən atəş səsi eşidib və qəfildən sol döşündə ağrı və isti hiss edib. Qadın şok vəziyyətində aşağı baxarkən, qan axdığını görüb.

Маммография, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus onu taxtdan salıb - Amma bu bədheybət heç yerə getməyib

Şahidlər təcili tibbi yardım çağıraraq zərərçəkmiş şəxsi ən yaxınlıqdakı tibb məntəqəsinə aparıblar. Həkimlər onu nəzərdən keçirərkən sol döşünün yuxarı hissəsində güllənin açdığı kiçik bir dəliyi görüblər. Sağ döşünün dərisi altında həkimlər gülləni xatırladan bir şeyə toxunublar.

Kanadalı həkimlər şübhələrini təsdiqləmək üçün rentgen çəkiblər. Məlum olub ki, güllə xəstənin bir qabırğasını qırıb və onun döş qəfəsinin sağ tərəfinin divarına sıxılaraq qalıb.

Kompüter tomoqrafiyası ağciyərdə kiçik bir zədələnmənin olduğunu ortaya çıxarıb. Lakin xoşbəxtlikdən, döş qəfəsindəki orqanların ciddi zədələnməsindən qaçmaq mümkün olub.

Nəticədə, cərrahlar həm zədələnmiş silikon implantı, həm də 40 S&W çaplı gülləni çıxarıblar. Kanadalı qadın tezliklə sağlamlığına qovuşub və evə gedib.

Həkimlər xəstənin kompüter tomoqrafiyasını diqqətlə öyrənərək belə nəticəyə gəliblər ki, əgər silikon implant olmasaydı, güllə birbaşa onun döş qəfəsindən keçərək ürəyinə dəyərdi.

"Güllənin nüfuzetmə trayektoriyasına və radioloji qiymətləndirməyə əsaslanaraq deyə bilərik ki, güllənin sapmasının yeganə səbəbi sol döşə yerləşdirilmiş silikondur. Bu implant ürəyin qarşısını kəsib, buna görə də ehtimal ki, qadının həyatını xilas edib", - deyə tədqiqatın müəllifləri bildiriblər.

Daha əvvəl verilən məlumata görə, Hindistanın Uttar Pradeş ştatının Firozabad şəhərində polisin pul qabı güllənin qarşısını kəsərək onun həyatını xilas edib. Güllə zirehli jiletdən keçərək polisin sinəsinə dəyib, lakin döş cibindəki pulqabına ilişib qalıb.

Xəbər lenti
0