BAKI, 22 aprel — Sputnik. Bir neçə “OPEC plus” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb.
Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib. Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov müzakirələr zamanı “OPEC plus” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib:
“OPEC plus” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC plus” dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə nazir bildirib.